Avstraliya-2023: Sıralanma turu

Albert Parkdakı trasın konfiqurasiyasının necə dəyişməsindən asılı olmayaraq, həftəsonunun əsas sessiyası təsnifat mərhələsidir.

F-1.az xatırladır ki, ilk və üçüncü məşqlərdə Maks Ferstappen, yağışın da təsir göstərdiyi ikinci məşqlərdə isə Fernando Alonso protokollara başçılıq edib.

Pirelli buraya orta üçlüyü – C2, C3 və C4 tərkibləri gətirib.

İlk sessiyada hamı soft təkərlərlə mübarizəyə başlayıb. Sarcent 6-cı dəqiqədə yerində fırlanaraq trasdan çıxsa da, hərəkətinə davam edə bilib. Bir dəqiqə sonra isə Peres əylənmədə səhvə yol verərək trasdan çıxıb və maşın çınqıllıqda ilişib qalıb. Sessiya qırmızı bayraqlarla dayandırılıb. Mübarizə Serxio üçün başa çatıb. Fasilə 8 dəqidə davam edib. Ferstappen 1:17.384 ilə ən sürətli nəticəni göstərib. Pereslə yanaşı, Bottas, Sasrcent, Piastri və Çjou da mübarizəni dayandırıb.

İkinci Sessiyada Maks trasa çıxmaqda ləngisə də, çox əla pilotajlıq nümayiş etdirib. Sessiya ərzində ciddi hadisə baş verməyib. İlk onluğa düşmək uğrunda gərgin mübarizə olub və buradan de Friz, Maqnussen, Norris, Tsunoda və Okon məğlub ayrılıblar.

Son sessiyada ilk cəhdlərdən sonra Həmilton cüzi fərqlə irəlidə olsa da, Maks ikinci cəhddə böyük üstünlüyə sahib olub – 1:16.732. Onunla yanaşı, 77 saniyədən daha sürətli nəticəni yalnız Corc Rassell göstərə bilib və tıxaca düşmüş komanda yoldaşını qabaqlayıb.

Maks Ferstappen mövsümdə ikinci, karyerasında isə 22-ci poulunu qazanıb. Sabahkı yarışa onun yanından Corc Rassell başlayacaq. İkinci cərgədə Lyuis Həmilton və Fernando Alonso, üçüncü cərgədə isə Karlos Sayns və Ləns Stroll qərarlaşacaqlar.

Bizi çox maraqlı yarış gözləyir…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 1 Maks Ferstappen Red Bull 1 1:17.384 9 1 1:17.056 7 1:16.732 6
2 63 Corc Rassell Mercedes 2 1:17.654 11 6 1:17.513 10 1:16.968 8
3 44 Lyuis Həmilton Mercedes 3 1:17.689 10 7 1:17.551 10 1:17.104 8
4 14 Fernando Alonso Aston Martin 5 1:17.832 11 2 1:17.283 7 1:17.139 8
5 55 Karlos Sayns Ferrari 7 1:17.928 10 3 1:17.349 10 1:17.270 8
6 18 Ləns Stroll Aston Martin 6 1:17.873 11 9 1:17.616 9 1:17.308 6
7 16 Şarl Lekler Ferrari 11 1:18.218 9 4 1:17.390 9 1:17.369 7
8 23 Aleksander Elbon Williams 8 1:17.962 12 10 1:17.761 9 1:17.609 6
9 10 Pyer Qasli Alpine 13 1:18.312 9 8 1:17.574 8 1:17.675 8
10 27 Niko Hülkenberq Haas 9 1:18.029 10 5 1:17.412 9 1:17.735 7
11 31 Esteban Okon Alpine 4 1:17.770 10 11 1:17.768 8
12 22 Yuki Tsunoda AlphaTauri 15 1:18.471 12 12 1:18.099 10
13 4 Lando Norris McLaren 12 1:18.243 13 13 1:18.119 11
14 20 Kevin Maqnussen Haas 10 1:18.159 10 14 1:18.129 8
15 21 Nik de Friz AlphaTauri 14 1:18.450 12 15 1:18.335 11
16 81 Oskar Piastri McLaren 16 1:18.517 12
17 24 Quanyu Çjou Alfa Romeo 17 1:18.540 12
18 2 Loqan Sarcent Williams 18 1:18.557 12
19 77 Valtteri Bottas Alfa Romeo 19 1:18.714 12
20 11 Serxio Peres Red Bull 20  – 2
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*