Avstraliya-2023: İkinci sərbəst yürüşlər

Komandalar bu sessiyada təkərlərin səmərəliliyini yoxlamağı planlaşdırıblar, çünki ilk məşqlərdə baş verənlər uzun dövrələr vurmağa imkan verməyib.

F-1.az xəbər verir ki, ilk sessiyada motor probleminə görə dayanan Sarcentin maşınında mexaniklər işləyiblər və gənc sürücü sessiyanı buraxmalı olub. Maqnussen ilk on beş dəqiqəni maşındakı problemlərə görə itirib.

Yağış gözlənilib, sessiyanın əvvəlində sürücülər proqramın heç olmasa bir hissəsini başa çatdırmaq üçün trasa tələsiblər. Tapşırıqlar hər kəs üçün fərqli olub, Alonso Medium-lar ilə qısa dövrələr vurub və 1:18.887 ilə ikinci sərbəst yürüşlərin ən sürətli dövrəsinə imza atıb.

15 dəqiqədən sonra yağış başlayıb, tribunalarda çətirlər açılıb. Çoxları bokslara qayıdıb, hadisələrin inkişafını gözləyib. Norris yoluna davam edib, lakin sürüşkən trasdan çıxıb.Stroll maneəyə toxunub.

On dəqiqədən sonra Ferrari sürücüləri quru, Rassell isə keçid rezinlə trasa çıxıblar. Asfalt sürmək üçün çox sürüşkən, keçid təkərlər üçün isə çox quru olub, lakin yağış davam edib. Bundan sonra hamı yalnız keçid təkərlərdən istifadə edib.

Strollun maşını 3-cü döngədə çınqıllığa çıxıb və sürücü baryerlə təmasdan qaça bilib. Alonsonun sessiyanın əvvəlində göstərdiyi nəticə ən yaxşı olaraq qalıb.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 14 Fernando Alonso Aston Martin 1:18.887 12
2 16 Şarl Lekler Ferrari 1:19.332 + 0:00.445 10
3 1 Maks Ferstappen Red Bull 1:19.502 + 0:00.615 12
4 63 Corc Rassell Mercedes 1:19.672 + 0:00.785 19
5 55 Karlos Sayns Ferrari 1:19.695 + 0:00.808 12
6 31 Esteban Okon Alpine 1:19.725 + 0:00.838 12
7 11 Serxio Peres Red Bull 1:20.083 + 0:01.196 14
8 4 Lando Norris McLaren 1:20.176 + 0:01.289 19
9 27 Niko Hülkenberq Haas 1:20.194 + 0:01.307 18
10 10 Pyer Qasli Alpine 1:20.206 + 0:01.319 11
11 22 Yuki Tsunoda AlphaTauri 1:20.220 + 0:01.333 17
12 77 Valtteri Bottas Alfa Romeo 1:20.312 + 0:01.425 21
13 44 Lyuis Həmilton Mercedes 1:20.323 + 0:01.436 16
14 81 Oskar Piastri McLaren 1:20.380 + 0:01.493 23
15 24 Quanyu Çjou Alfa Romeo 1:20.470 + 0:01.583 21
16 18 Ləns Stroll Aston Martin 1:20.579 + 0:01.692 14
17 21 Nik de Friz AlphaTauri 1:20.600 + 0:01.713 8
18 23 Aleksander Elbon Williams 1:21.182 + 0:02.295 18
19 20 Kevin Maqnussen Haas 1:21.266 + 0:02.379 17
20 2 Loqan Sarcent Williams
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*