F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, cümə günü hava +19 dərəcəyə qədər istiləşəcək, hava buludlu olacaq və axşama doğru yüngül yağış yağacaq. Şənbə günü temperatur +15 dərəcəyə qədər ensə də, hava yaxşı olacaq. Yağıntı ehtimalı 25% təşkil edir. Bazar günü termometrlər maksimum +18 dərəcəni göstərəcək, yağıntı gözlənilmir.
Xatırladaq ki, ötən il Avstraliya Qran Prisinin bütün sessiyaları quru trasda keçirilib.