F-1.az xəbər verir ki, bir çox komanda yeniliklər gətirib, onların effektivliyini qiymətləndirməyə bütün sessiyanı həsr edib. Piastri, Sarcent və de Friz əvvəllər Avstraliya Qran Prisində iştirak etməyiblər və trasa alışmağa çalışıblar. Cümə günü tribunalar artıq dolu idi!
Maşınla bağlı problemlərə görə Norris dərhal işə başlaya bilməyib. 11-ci dəqiqədə Maqnussen 3-cü döngədə çınqıllığa çıxıb və yavaş-yavaş pitə qayıdıb. Bunun nəticəsində sürətli dövrədə olan bir neçə sürücüyə mane olub. Trasdan çıxan Peres Soft-la cəhdi dayandırmalı olub. 33-cü dəqiqədə Tsunoda birinci döngədə idarəetməni itirərək çınqıllığa çıxıb və divara çırpılmaqdan son anda qurtulub. Lakin yoluna davam edə bilib.
37-ci dəqiqədə GPS sisteminin nasazlığı səbəbindən seans qırmızı bayraqlarla dayandırılıb – komandalar sürücüləri yaxınlıqdakı sürətli maşınlar barədə xəbərdar edə bilməyiblər, bəziləri sözün həqiqi mənasında trasda dayanıb. Lakin ciddi insident baş verməyib. Tezliklə sistem bərpa olunub, pilotlar on dəqiqədən bir az az vaxt itirdiblər.
Ferstappen sona 6 dəqiqə qalmış bordürlərə hücumdan sonra yerində fırlanıb, təkərlər zədələnib və Maks pitə qayıdıb. İki dəqiqə sonra Sarcentin maşını motor güc itirdiyi üçün 12-ci döngənin çıxışında dayanıb və qırmızı bayraqlara səbəb olub. Onu operativ şəkildə təxliyə etmək mümkün olmayıb, sessiyanın davam etdirilməməsinə qərar verilib. Ferstappen 1:18.790-lıq nəticə ilə protokollara rəhbərlik edib. Məşqlər bu gün davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 1 | Maks Ferstappen | Red Bull | 1:18.790 | – | 17 |
2 | 44 | Lyuis Həmilton | Mercedes | 1:19.223 | + 0:00.433 | 20 |
3 | 11 | Serxio Peres | Red Bull | 1:19.293 | + 0:00.503 | 19 |
4 | 14 | Fernando Alonso | Aston Martin | 1:19.317 | + 0:00.527 | 23 |
5 | 16 | Şarl Lekler | Ferrari | 1:19.378 | + 0:00.588 | 16 |
6 | 55 | Karlos Sayns | Ferrari | 1:19.505 | + 0:00.715 | 20 |
7 | 4 | Lando Norris | McLaren | 1:19.536 | + 0:00.746 | 16 |
8 | 10 | Pyer Qasli | Alpine | 1:19.646 | + 0:00.856 | 22 |
9 | 63 | Corc Rassell | Mercedes | 1:19.699 | + 0:00.909 | 23 |
10 | 18 | Ləns Stroll | Aston Martin | 1:19.766 | + 0:00.976 | 19 |
11 | 23 | Aleksander Elbon | Williams | 1:19.766 | + 0:00.976 | 21 |
12 | 81 | Oskar Piastri | McLaren | 1:19.777 | + 0:00.987 | 22 |
13 | 27 | Niko Hülkenberq | Haas | 1:19.806 | + 0:01.016 | 19 |
14 | 21 | Nik de Friz | AlphaTauri | 1:19.933 | + 0:01.143 | 25 |
15 | 2 | Loqan Sarcent | Williams | 1:20.074 | + 0:01.284 | 21 |
16 | 31 | Esteban Okon | Alpine | 1:20.175 | + 0:01.385 | 20 |
17 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:20.399 | + 0:01.609 | 14 |
18 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:20.419 | + 0:01.629 | 21 |
19 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:20.569 | + 0:01.779 | 22 |
20 | 20 | Kevin Maqnussen | Haas | 1:21.147 | + 0:02.357 | 17 |