F-1.az bildirir ki, sürücülər ənənəvi olaraq, sazlanmaların tapılması və təkərlərin səmərəliliyinin yoxlanılması üzərində işləyiblər. Təkər təchizatçısı bu dəfə qeri-adi addım atıb. Belə ki, buraya C2 və C3 təkərləri ilə yanaşı, təsnifat üçün C4 yox, C5 tərkiblər gətirilib.
Aston Martin bütün sessiyanı Fettelin maşınında ilk məşqlərdə yaranmış problemi aradan qaldırmağa sərf edib. Alman sürücü bu məşqləri buraxmalı olub. Kiçik xətalar yenə olub – Bottas ilk, Rassell 2-ci, Ferstappen 10-cu, Şumaxer 11-ci, Həmilton isə 12-ci döngədə səhvə yol verib, amma bütün hallarda sürücülər yollarına problemsiz davam edə biliblər.
48-ci dəqiqədə Stroll 12-ci döngədə baryerlə təmas edərkən asfalta qırıntılar dağıldığı üçün qısa müddətli qırmızı bayraqlar dalğalanıb.
Şarl Lekler 1:18.978-lik dövrə ilə liderliyə yüksəlib. Məşqlər sabah davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 16 | Şarl Lekler | Ferrari | 1:18.978 | – | 27 |
2 | 1 | Maks Ferstappen | Red Bull | 1:19.223 | + 0:00.245 | 22 |
3 | 55 | Karlos Sayns | Ferrari | 1:19.376 | + 0:00.398 | 27 |
4 | 14 | Fernando Alonso | Alpine | 1:19.537 | + 0:00.559 | 22 |
5 | 11 | Serxio Peres | Red Bull | 1:19.658 | + 0:00.680 | 20 |
6 | 31 | Esteban Okon | Alpine | 1:19.842 | + 0:00.864 | 25 |
7 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:20.055 | + 0:01.077 | 25 |
8 | 4 | Lando Norris | McLaren | 1:20.100 | + 0:01.122 | 24 |
9 | 10 | Pyer Qasli | AlphaTauri | 1:20.142 | + 0:01.164 | 27 |
10 | 3 | Daniel Rikkardo | McLaren | 1:20.203 | + 0:01.225 | 24 |
11 | 63 | Corc Rassell | Mercedes AMG | 1:20.212 | + 0:01.234 | 25 |
12 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:20.424 | + 0:01.446 | 30 |
13 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:20.521 | + 0:01.543 | 23 |
14 | 18 | Ləns Stroll | Aston Martin | 1:20.611 | + 0:01.633 | 28 |
15 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:21.063 | + 0:02.085 | 23 |
16 | 20 | Kevin Maqnussen | Haas | 1:21.191 | + 0:02.213 | 23 |
17 | 23 | Aleksander Elbon | Williams | 1:21.912 | + 0:02.934 | 28 |
18 | 47 | Mik Şumaxer | Haas | 1:21.974 | + 0:02.996 | 22 |
19 | 6 | Nikolas Latifi | Williams | 1:22.307 | + 0:03.329 | 24 |
20 | 5 | Sebastyan Fettel | Aston Martin | – | – | 0 |