Avstraliya-2022: Həftəsonuna ilkin hava proqnozu

Ilkin proqnozlar Melburndakı həftəsonuna isti hava vəd edir, lakin bazar günü yağış yağa bilər.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cüməşənbə günlərində hava əsasən günəşli olacaq, termometrlərin civə sütunu +26 dərəcəyə qədər qalxacaq. Yarışın baş tutacağı bazar günü isə temperatur +23 dərəcəyə enəcək, yağış gözlənilir.

Xatırladaq ki, Melburn sonuncu dəfə 2019-cu ildə yarışı qəbul edib və bütün sessiyalar quru trasda baş tutub.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*