F-1.az bildirir ki, bukmeykerlər yenə fərqli seçim ediblər – bu dəfə Ciddədə qələbə qazanan Maks Ferstappen Melburndakı yarışda əsas favorit hesab olunur. Ona yaxın yalnız Şarl Lekler göstərilir. Karlos Saynsın şansları çox qiymətləndirilmir. Onlar Serxio Peresə daha çox inanırlar, nəinki Lyuis Həmiltona…
Avstraliya Qran Prisində qələbə | Əmsal |
Maks Ferstappen | 2.15 |
Şarl Lekler | 2.60 |
Karlos Sayns | 9.00 |
Serxio Peres | 15.00 |
Lyuis Həmilton | 19.00 |
Corc Rassell | 26.00 |
Kevin Maqnussen, Valtteri Bottas, Esteban Okon, Pyer Qasli | 101.00 |
Fernando Alonso | 126.00 |
Son dünya çempionu hazırda çempionatda üçüncü yerdə olsa da, son yarışdakı qələbənin nəticəsində titulun əsas namizədi hesab edilir. Lyuis Həmiltonun adı uzun müddətdən sonra ilk iki yerdə hallanmır və ona verilən əmsal da kifayət qədər yüksəkdir…
Çempionatda qələbə (sürücülər) | Əmsal |
Maks Ferstappen | 1.87 |
Şarl Lekler | 2.75 |
Lyuis Həmilton | 9.50 |
Karlos Sayns | 15.00 |
Corc Rassell | 26.00 |
Serxio Peres | 29.00 |
Kevin Maqnussen, Fernando Alonso, Esteban Okon | 251.00 |
İdarənin əməkdaşları ilk iki yarışda podiumda 4 pillə zəbt edən Ferrari-nin uzun müddətdən sonra Mühəndislər Kubokunda qələbəsinə inanırlar. Onlara ən yaxın komanda Red Bull hesab olunur. Ötən illərin dəyişməz lideri Mercedes isə üçüncü yerdədir…
Çempionatda qələbə (komandalar) | Əmsal |
Scuderia Ferrari | 1.73 |
Red Bull | 2.40 |
Mercedes AMG | 8.50 |
McLaren | 151.00 |
Alpine, Haas | 201.00 |
Alfa Romeo, Aston Martin, AlphaTauri | 501.00 |
Williams | 1001.00 |