Avstraliya-2020: Üçüncü stüard – Emanuele Pirro

Hər il olduğu kimi, FİA bu dəfə də Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Albert Parkda stüardlara kömək etmək üçün FİA italiyalı sürücü Emanuele Pirronu dəvət edib.

Keçən əsrin 80-90-cı illərin sərhədində Pirro Benetton və Scuderia İtalia komandalarında çıxış edib, ən yaxşı nəticəsi isə 1989-cu ilin Avstraliya Qran Prisində 5-ci yer olub.

Emanuele daha çox Le Man marafonundakı nailiyyətləri ilə tanınır. Audi komandasının heyətində italiyalı sürücü 5 dəfə (2000-2002-ci illər və 2006-2007-ci illər) əfsanəvi marafonun qalibi olub. Daha iki dəfə ALMS seriyasında (2001-ci və 2005-ci illər) titul qazanıb.

F-1.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Pirro ilə birlikdə həftəsonunun mübahisəli insidentlərini Almaniyanın DMSB assosiasiyasının üzvü, DTM-in daimi stüardı Gerd Ennzer və dman kodeksinə nəzarət edən beynəlxalq komissiyanın üzvü, Formula2 və Formula E-nin stüardı Dennis Din araşdıracaqlar.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*