Cümə axşamı Sebastyan Fettel (Ferrari), Lyuis Həmilton (Mercedes), Daniel Rikkardo (Renault) və Nikolas Latifi (Williams) jurnalistlərin suallarına cavab verməli olacaqlar.
Cümə günü isə sürücüləri komandaların məsul işçiləri – Mattia Binotto (Ferrari), Zak Braun (McLaren), Toto Volff (Mercedes) və Kristian Horner (Red Bull) əvəz edəcəklər.
F-1.az xatırladır ki, şənbə və bazar günləri konfrans otağında sıralanma turu və yarışın ilk üçlüyü yer alır…