F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, Melburnda həftə günəşli başlasa da, cümə gününün ilk saatlarından etibarən vəziyyət dəyişəcək – siklon temperaturu azaldacaq, küləyi gücləndirəcək. Sürücülərin həftəsonunun ilk günündə yağışlı havada işləmə ehtimalları 90%-dir.
Şənbə günü səhər çox güclü yağış gözlənilir. Temperatur isə maksimum +15 dərəcə olacaq. Proqnozlar reallaşarsa, son sərbəst yürüşləri keçirmək mümkün olmaya bilər. Lakin nahardan sonra havanın düzələcəyi ehtimal edilir.
Bazar günü isə temperatur +18 dərəcəyə qədər yüksələcək, yağıntı ehtimalı isə 20%-dir.
Xatırladaq ki, keçən il bütün sessiyalar quru trasda baş tutmuşdu.