F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü günortadan sonra havanın temperaturu + 27 dərəcəyə qədər qızacaq, axşama yaxın kəskin soyumağa başlayacaq. Səhər yağış yağacağı gözlənilmir, günortadan sonra yağış və şimşək çaxma ehtimalı 90% qiymətləndirilir.
Şənbə günü səma az buludlu olacaq, termometrlər isə gündüz +19 dərəcəni göstərəcəklər, yalnız 20% yağış yağma ehtimalı var.
Bazar günü buludlar səmada görünsələr də, gündüz temperatur +20 dərəcəyədək qızacaq, yağışın yağma ehtimalı isə 10%-ə düşəcək.