F-1.az bildirir ki, Maks yeni şassini yoxlamaq üçün trasa çıxıb, nəticələr qənaətbəxş olub, lakin hollandiyalı sürücü yenidən boksa qayıdıb. Uzun müddət top komandaların sürücüləri sürətli dövrələr vurmaq üçün tələsməyiblər. Fettel bir müddət sonra protokollara başçılıq etsə də, Həmilton onu yenə üstələməyə nail olub.
Sürücülərin nəticələri inkişaf etsə də, qüvvələr nisbətində dəyişiklik görünməyib. Lakin son dəqiqələrdə Haas sürücüləri möhtəşəm dövrələr vuraraq Bottası keçməyə nail olublar. Red Bull sürücüləri sessiya boyu çox da aktiv olmayıblar, ancaq son dəqiqələrdə ilk onluğa düşüblər.
Protokollara bu dəfə də Lyuis Həmilton başçılıq edib – 1:22.292. Sıralanma turu Bakı vaxtı ilə saat 10:00-da start götürəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:22.292 | – | 12 |
2 | 5 | Sebastyan Fettel | Ferrari | 1:22.556 | + 0:00.264 | 12 |
3 | 16 | Şarl Lekler | Ferrari | 1:22.749 | + 0:00.457 | 12 |
4 | 8 | Roman Qrojan | Haas | 1:23.112 | + 0:00.820 | 17 |
5 | 20 | Kevin Maqnussen | Haas | 1:23.334 | + 0:01.042 | 15 |
6 | 10 | Pyer Qasli | Red Bull | 1:23.367 | + 0:01.075 | 17 |
7 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:23.422 | + 0:01.130 | 17 |
8 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:23.442 | + 0:01.150 | 16 |
9 | 33 | Maks Ferstappen | Red Bull | 1:23.481 | + 0:01.189 | 19 |
10 | 3 | Daniel Rikkardo | Renault | 1:23.695 | + 0:01.403 | 14 |
11 | 27 | Niko Hülkenberq | Renault | 1:23.737 | + 0:01.445 | 15 |
12 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:23.831 | + 0:01.539 | 16 |
13 | 55 | Karlos Sayns | McLaren | 1:24.049 | + 0:01.757 | 21 |
14 | 11 | Serxio Peres | Racing Point | 1:24.082 | + 0:01.790 | 18 |
15 | 23 | Aleksander Elbon | Toro Rosso | 1:24.328 | + 0:02.036 | 15 |
16 | 18 | Ləns Stroll | Racing Point | 1:24.345 | + 0:02.053 | 16 |
17 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:24.402 | + 0:02.110 | 18 |
18 | 4 | Lando Norris | McLaren | 1:24.568 | + 0:02.276 | 16 |
19 | 63 | Corc Rassel | Williams | 1:25.944 | + 0:03.652 | 14 |
20 | 88 | Robert Kubitsa | Williams | 1:26.589 | + 0:04.297 | 16 |