Lakin qeyd etməliyik ki, Albert Parkda poul çox da böyük əhəmiyyət daşımır. Belə ki, burada son 5 yarışa ilk yerdən başlayan Həmilton cəmi bir dəfə qalib gəlib. Son 10 ildə isə Melburnda cəmi 3 dəfə poulun sahibi yekunda qələbəyə sevinib.
F-1.az xatırladır ki, cümə günü və dünən baş tutan hər üç məşq sessiyasında Lyuis Həmilton protokollara başçılıq edib.
Pirelli bu ildən etibarən hər yarış üçün gətirdiyi təkərləri standart olaraq Hard, Medium və Soft adlandırır. Təchizatçı Melburna orta sərtlikdəki 3 tərkibi – C2, C3 və C4 təkərlərini gətirib. Həftəsonu boyunca ən sərt tərkib demək olar ki, istifadə edilməyib.
Birinci sessiyada Ferrari sürücüləri Medium, qalan bütün sürücülər isə Soft təkərlərlə trasa çıxıblar. Lekler ikinci cəhdində yumşaq təkərə keçib. Kubitsa trasdan çıxıb maşını zədələyib, lakin özü boksa qayıda bilib. Ən yaxşı nəticəni Ferrari-də debüt edən Lekler göstərib – 1:22.017. İlk sessiyanı 15-ci yerdə tamamlamış Rəykkönen Leklerə 1 saniyədən də az uduzub. Stroll, Qasli, Sayns, Rassel və Kubitsa mübarizəni dayandırıblar.
İkinci sessiyada bütün sürücülər boksları Soft təkərlərlə tərk ediblər. İlk cəhddə Bottas hamıdan üstün olub. İkinci cəhd üçün üçüncü yerdə olan Lekler xaric, bütün sürücülər trasa çıxıblar. Lakin Hülkenberq problemlərlə qarşılaşdığı üçün boksa qayıtmalı olub. Həmilton keçənilki poul nəticəsindən daha sürətli dövrə vuraraq protokollara başçılıq edib – 1:21.014. Hülkenberq, Rikkardo, Elbon, Covinatsi və Kvyat ilk onluğa düşə bilməyiblər.
Son sessiyada da bütün sürücülər Soft təkərlərdən istifadə ediblər. Həmilton ilk sektorda səhvə yol verib və Bottas ilk cəhddə bütün rəqiblərini xeyli üstələyib – 1:20.598. İkinci cəhddə isə Həmilton daha sürətli olaraq həm trasın yeni rekordunu müəyyən edib, həm də poulun sahibi olub – 1:20.486.
Lyuis Həmilton Avstraliyada ardıcıl 6-cı, ümumilikdə 8-ci, karyerasında isə 84-cü poulunu əldə edib. Mercedes sürücüləri 60-cı dəfə ilk cərgəni zəbt ediblər. Yarışa ikinci cərgədən Fettel və Ferstappen, üçüncü cərgədən isə Lekler və Qrojan başlayacaqlar.
Yarışda bizi nələr gözləyir? Ferrari-nin yarış tempi Mercedes-lərlə mübarizə aparmağa imkan verəcək? Honda motoru ilə ikinci cərgədən başlayacaq Ferstappen nələr edə biləcək? Bütün bunların cavabını sabah 09:10-da start götürəcək yarışda tapacağıq…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 2 | 1:22.043 | 6 | 1 | 1:21.014 | 6 | 1:20.486 | 6 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | 3 | 1:22.367 | 7 | 2 | 1:21.193 | 6 | 1:20.598 | 6 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | 11 | 1:22.885 | 5 | 6 | 1:21.912 | 5 | 1:21.190 | 6 |
4 | 33 | Maks Ferstappen | Red Bull | 10 | 1:22.876 | 5 | 3 | 1:21.678 | 6 | 1:21.320 | 6 |
5 | 16 | Şarl Lekler | Ferrari | 1 | 1:22.017 | 8 | 4 | 1:21.739 | 3 | 1:21.442 | 6 |
6 | 8 | Roman Qrojan | Haas | 14 | 1:22.959 | 5 | 5 | 1:21.870 | 6 | 1:21.826 | 6 |
7 | 20 | Kevin Maqnussen | Haas | 6 | 1:22.519 | 6 | 7 | 1:22.221 | 6 | 1:22.099 | 6 |
8 | 4 | Lando Norris | McLaren | 8 | 1:22.702 | 9 | 9 | 1:22.423 | 6 | 1:22.304 | 6 |
9 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 15 | 1:22.966 | 8 | 8 | 1:22.349 | 6 | 1:22.314 | 3 |
10 | 11 | Serxio Peres | Racing Point | 12 | 1:22.908 | 6 | 10 | 1:22.532 | 6 | 1:22.781 | 3 |
11 | 27 | Niko Hülkenberq | Renault | 7 | 1:22.540 | 6 | 11 | 1:22.562 | 4 | ||
12 | 3 | Daniel Rikkardo | Renault | 13 | 1:22.921 | 6 | 12 | 1:22.570 | 6 | ||
13 | 23 | Aleksander Elbon | Toro Rosso | 9 | 1:22.757 | 8 | 13 | 1:22.636 | 6 | ||
14 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 4 | 1:22.431 | 8 | 14 | 1:22.714 | 6 | ||
15 | 26 | Daniil Kvyat | Toro Rosso | 5 | 1:22.511 | 7 | 15 | 1:22.774 | 6 | ||
16 | 18 | Ləns Stroll | Racing Point | 16 | 1:23.017 | 6 | |||||
17 | 10 | Pyer Qasli | Red Bull | 17 | 1:23.020 | 6 | |||||
18 | 55 | Karlos Sayns | McLaren | 18 | 1:23.084 | 6 | |||||
19 | 63 | Corc Rassel | Williams | 19 | 1:24.360 | 9 | |||||
20 | 88 | Robert Kubitsa | Williams | 20 | 1:26.067 | 8 |