Xatırladaq ki, keçən il üçüncü sərbəst yürüşlər istisna olmaqla, bütün sessiyalar quru trasda baş tutmuşdu.
F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü Melburnda hava günəşli olacaq, temperatur +22 dərəcəyə çatacaq. Şənbə günü də hava buludsuz olacaq və sürücülər daha isti havada poul uğrunda mübarizə aparacaqlar – temperaturun +26 dərəcəyə qədər yüksəlməsi gözlənilir.
Yarışın baş tutacağı bazar günü isə həftəsonunun ən isti günü olacaq. Termometrlər +30 dərəcəni göstərəcəklər. Həftəsonu boyunca yağışın yağma ehtimalı 20%-dən yüksək deyil.