Avstraliya-2019: Günün sürücüsü – Valtteri Bottas

2016-cı ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi yarışın sonlarına yaxın çempionatın rəsmi saytında yerləşdirilmiş sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xəbər verir ki, yarışa ikinci sıradan başlayan, startda liderliyi ələ keçirən və yekunda böyük üstünlüklə qalib gələn, eyni zamanda, əns ürətli dövrəni vuraraq əlavə bir xal da qazanan Valtteri Bottas “Günün Sürücüsü” seçilib.

Qeyd edək ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarışın son 10 dövrəsi ərzində Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*