Çempionatda qələbə (komandalar) | |
Mercedes AMG | 1.91 |
Ferrari | 2.37 |
Red Bull | 6.50 |
Renault | 151.00 |
Racing Point, McLaren | 201.00 |
Alfa Romeo, Haas | 301.00 |
Toro Rosso, Williams | 501.00 |
F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, qış testlərindəki nəticələr bukmeykerlərin proqnozlarına öz təsirini göstərib – Fettel qələbəyə ən real namizəd hesab edilib. İkinci ən şanslı sürücü kimi Həmilton qeyd olunub. Gənc Lekler də özünə ilk üçlükdə yer tapıb. İdarənin əməkdaşları həm də ehtiyatlı davranmağı seçiblər – Honda motorları ilə nə edəcəyi hamıya maraqlı olan Red Bull komandasının sürücüsü Ferstappenin əmsalı da çox yüksək deyil və onun da qələbə qazana biləcəyini düşünürlər.
Avstraliya Qran Prisində qələbə (sürücülər) | |
Sebastyan Fettel | 2.75 |
Lyuis Həmilton | 3.25 |
Şarl Lekler | 3.50 |
Maks Ferstappen | 9.00 |
Valtteri Bottas | 11.00 |
Pyer Qasli | 41.00 |
Niko Hülkenberq | 201.00 |
Daniel Rikkardo, Roman Qrojan, Kevin Maqnussen | 251.00 |
Lakin buna baxmayaraq, son iki ilin çempionu Həmilton yenə də titulun əsas namizədi kimi göstərilib. Əsas rəqibi kimi, təbii ki, Fettel qeyd edilib. Bottasın şanslarının komanda yoldaşından 11 dəfə az dəyərləndirilməsi də diqqəti cəlb edir…
Çempionatda qələbə (sürücülər) | |
Lyuis Həmilton | 2.10 |
Sebastyan Fettel | 2.87 |
Şarl Lekler | 5.50 |
Maks Ferstappen | 10.00 |
Valtteri Bottas | 23.00 |
Pyer Qasli | 51.00 |
Daniel Rikkardo | 81.00 |
Artıq neçənci ildir ki, Mühəndislər Kubokuna əsas namizədin Mercedes olmasına alışmışıq. Bu il də vəziyyət dəyişməyib. Lakin ilk yarış öncəsi Ferrari-nin şansları heç də aşağı qiymətləndirilməyib…