F-1.az bildirir ki, sessiya yaxşı havada baş tutub. Yaşıl işıq yandığı andan etibarən sürücülər trasas çıxıblar – onlara Rəykkönen başçılıq edib. Heç kim sürətli dövrə vurmaq üçün tələsməyib. İlk nəticə Bottasdan gəlib və finlandiyalı sürücü ardıcıl daha yaxşı dövrələr vuraraq uzun müddət protokollara başçılıq edib.
Lakin son yarım saatda sürücülər sürətli dövrələrə başlayaıblar. Həmiltonla yanaşı, Ferrari sürücüləri və Ferstappen də Bottası üstələyiblər. Top komanda sürücüləri arasında ilk yer uğrunda mübarizə aparmayan yeganə sürücü Pyer Qasli olub.
Aleksandr Elbon qəza edib və qırmızı bayraqların dalğalanmasına səbəb olub. Lakin maşını boksa qayıdaraq komandaya təhvil verə bilib. Hülkenberq elektronik sistemlərdəki problemə görə xeyli vaxt itirib. Yaxşı günlər keçirməyən Williams komandasının sürücüləri də problemlərdən yaxa qurtara bilməyiblər.
Mövsümün ilk rəsmi sessiyasının ən yaxşı nəticəsini Ferrari sürücülərini cüzi fərqlə üstələyən Həmilton göstərib – 1:23.599. Növbəti sessiya Bakı vaxtı ilə 09:00-da start götürəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:23.599 | – | 26 |
2 | 5 | Sebastyan Fettel | Ferrari | 1:23.637 | + 0:00.038 | 18 |
3 | 16 | Şarl Lekler | Ferrari | 1:23.673 | + 0:00.074 | 18 |
4 | 33 | Maks Ferstappen | Red Bull | 1:23.792 | + 0:00.193 | 22 |
5 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:23.866 | + 0:00.267 | 30 |
6 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:24.816 | + 0:01.217 | 18 |
7 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:24.832 | + 0:01.233 | 30 |
8 | 10 | Pyer Qasli | Red Bull | 1:24.932 | + 0:01.333 | 23 |
9 | 20 | Kevin Maqnussen | Haas | 1:24.934 | + 0:01.335 | 24 |
10 | 27 | Niko Hülkenberq | Renault | 1:25.015 | + 0:01.416 | 11 |
11 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:25.166 | + 0:01.567 | 23 |
12 | 8 | Roman Qrojan | Haas | 1:25.224 | + 0:01.625 | 18 |
13 | 23 | Aleksander Elbon | Toro Rosso | 1:25.230 | + 0:01.631 | 21 |
14 | 55 | Karlos Sayns | McLaren | 1:25.285 | + 0:01.686 | 19 |
15 | 18 | Ləns Stroll | Racing Point | 1:25.288 | + 0:01.689 | 26 |
16 | 11 | Serxio Peres | Racing Point | 1:25.498 | + 0:01.899 | 21 |
17 | 3 | Daniel Rikkardo | Renault | 1:25.634 | + 0:02.035 | 16 |
18 | 4 | Lando Norris | McLaren | 1:25.966 | + 0:02.367 | 31 |
19 | 88 | Robert Kubitsa | Williams | 1:27.914 | + 0:04.315 | 25 |
20 | 63 | Corc Rassel | Williams | 1:28.740 | + 0:05.141 | 25 |