Avstraliya-2018: Yarışa hava proqnozu

Cümə günü sürücülər quru havada işləmişdilər, bu gün isə həm səhər, həm də sıralanma turundan sonra yağış yağmışdı.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki,  bazar günü səhər də yağıntı ehtimalı var, lakin start zamanı hava quru olmalıdır.

Sürücülər qızdırma dövrəsinə yerli vaxtla saat 16:10-da yollanmalıdırlar, bu zaman havanın dəyişkən buludlu olması gözlənilir. Termometlər +24 dərəcəni göstərəcəklər. Yağış yağma ehtimalı 10%-dir…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*