Avstraliya-2018: Üçüncü stüard – Emanuele Pirro

Hər il olduğu kimi, FİA bu dəfə də Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Melburnda stüardlara kömək etmək üçün FİA italiyalı sürücü Emanuele Pirronu dəvət edib.

F-1.az xatırladır ki, keçən əsrin 80-90-cı illərin sərhədində Pirro Benetton və Scuderia İtalia komandalarında çıxış edib, ən yaxşı nəticəsi isə 1989-cu ilin Avstraliya Qran Prisində 5-ci yer olub.

Emanuele daha çox Le Man marafonundakı nailiyyətləri ilə tanınır. Audi komandasının heyətində italiyalı sürücü 5 dəfə (2000-2002-ci illər və 2006-2007-ci illər) əfsanəvi marafonun qalibi olub. Daha iki dəfə ALMS seriyasında (2001-ci və 2005-ci illər) titul qazanıb.

Avstraliya Qran Prisinin mübahisəli insidentlərini araşdırmaqda Pirro Amerika federasiyasının nümayəndəsi, McLaren komandasının keçmiş başçısının oğlu Tim Mayer və Venesuelanın idman federasiyasının prezidenti Vinçentso Spanoya kömək edəcək. Maraqlıdır ki, bu üçlük keçən ilin son yarışında da bir yerdə çalışmışdı…

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*