F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, Albert Parkda cüzi dəyişikliklər edilib. Belə ki, 5-ci döngənin çıxışında porebriklər 5 metr uzadılıb. Keçən il sürücülərə ciddi problem yaşadan 12-ci döngənin çıxışındakı ikili porebriklər yenidən sökülüb. Nəhayət, 13-cü və 14-cü döngələrin çıxışında isə əks istiqamətli 50 mm-lik yeni porebriklər quraşdırılıb.
Melburnda iki DRS zonası əvvəlki kimi olacaq. FİA yeganə interval ölçmə nöqtəsi ilə bu iki DRS zonasını təsdiq edib: hər il olduğu kimi əgər 14-cü döngənin apeksinə 13 metr qalmış maşınlar arasında interval ölçülən nöqtədə interval bir saniyədən az olarsa, onda hücum edəcək sürücü DRS sistemini iki ardıcıl düzlükdə aktivləşdirə bilər – start düzlüyündə (sonuncu döngədən 30 metr sonra) və ikinci-üçüncü döngələr arasındakı düzlükdə (2-ci döngədən 32 metr sonra).
Bundan başqa FİA bu ildən Albert Parkda yeni DRS zonası tətbiq etməyi qərara alıb. Yeni ötmə zonasının deteksiya nöqtəsi 11-ci döngədən 170 metr öndə yerləşəcək. Əgər bu nöqtədə iki maşın arasındakı interval bir saniyədən az olarsa, onda arxadakı sürücü 12-ci döngədən 102 metr sonra arxa qanadın hərəkətli elementini işə sala biləcək.