Avstraliya-2018: Sıralanma turu

Mövsümün ilk sıralanma turu hər zaman xüsusi səbirsizliklə gözlənilir. Son illərdə Melburnda baş tutan mövsümün ilk yarışının sıralanma turu yeni maşınların yaradılmasında gərgin əməyin nəticələrini, mühərriklərin gücünü görməyə imkan verən ilk sessiyadır. Burada "kim kimdir?" sualına müəyyən qədər cavab tapmaq mümkündür.

F-1.az bildirir ki, bu gün üçün əvvəlcədən verilmiş hava proqnozu özünü doğrultmayıb. Bütün günü yağış yağacağı bildirilsə də, belə olmayıb – yağış səhər dayanıb, üçüncü məşqlərin sonuna doğru tras tam quruyub. Dünən birinciikinci məşqlərdə protokollara Lyuis Həmilton başçılıq edib, bu gün səhər isə Sebastyan Fettel hər kəsi üstələyib.

Daniel Rikkardonun startda üç yer itirəcəyi dünəndən məlum idi – ikinci məşqlərdə qırmızı bayraqlar altında sürətini kifayət qədər azaltmadığı üçün stüardlar onu cəzalandırıblar.

Birinci sessiyada bütün sürücülər UltraSoft təkərlərlə trasa çıxıblar. Bu təkərlərin səmərəliliyini itirmədən bir neçə dövrəlik məsafə qət etmək mümkün olub, sürücülər ardıcıl, növbəli şəkildə sürətli və yavaş dövrələr vurublar.

Bu sıralanma turu debütantlar Sergey Sirotkin və Şarl Lekler üçün karyeralarında ilk olub. Hər iki sürücü komanda yoldaşına uduzub və mübarizəni elə ilk sessiyada dayandırıb. Onlarla yanaşı Hartli, Eriksson və Qasli də növbəti sessiyaya keçə bilməyiblər. Protokollara Lyuis Həmilton başçılıq edib – 1:22.824.

İkinci sessiyada Red Bull-un hər iki sürücüsü sabahkı yarışa fərqli strategiya ilə başlamaq üçün SuperSoft, digər sürücülər isə UltraSoft təkərlərlə boksları tərk ediblər. Hülkenberq çınqıllığa çıxsa da, maşın zədələnməyib. Fettel trasın rekordunu yeniləyərək protokollara başçılıq edib – 1:21.944. Alonso, Vandorn, Peres, Stroll və Okon mübarizəni dayandırıblar.

Son sessiyada gözlənildiyi kimi, hamı UltraSoft təkərlərdən istifadə edib. İlk sürətli dövrəsində olan Bottas ikinci döngədə idarəetməni itirib, maşının əvvəlcə arxa, sonra isə ön hissəsini divara vurub. Sessiya qırmızı bayraqlarla dayandırılıb. Valtteri maşını özü tərk edib və müayinə üçün tibb mərkəzinə aparılıb. Qırıntıların yığışdırılması və qoruyucu səddin bərpası 9 dəqiqə çəkib və sessiya bundan sonra davam etdirilib. İlk cəhdlərdə Həmilton, Fettel və Ferstappen arasındakı fərq çox cüzi olub. Hər kəs ikinci cəhdlərdə poul uğrunda gərgin mübarizə gözləsə də, Həmilton buna imkan verməyib – birtaniyalı sürücü 1:21.164-lük nəticə ilə trasın yeni rekordunu müəyyən edib.

Həmilton karyerasında 73-cü, Albert Parkda isə yeddinci poulunu qazanıb. Bu, həm də Lyuisin burada ardıcıl beşinci pouludur. Rəykkönen komanda yoldaşını qabaqlayaraq ikinci olub. Dördüncü və beşinci yerləri isə Red Bull sürücüləri tutublar. Top komandaların sürücülərindən sonra ən yaxşı nəticəni göstərən Maqnussen olub. Altıncı yeri tutan danimarkalı sabahkı yarışa Rikkardo startda mövqe itirəcəyi üçün beşinci yerdən başlayacaq.

Avstraliya Qran Prisi sabah Bakı vaxtı ilə saat 09:10-da baş tutacaq…

<tr”>2010Pyer QasliToro Rosso201:25.2957

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1 1:22.824 7 2 1:22.051 5 1:21.164 8
2 7 Kimi Rəykkönen Ferrari 2 1:23.096 5 5 1:22.507 5 1:21.828 7
3 5 Sebastyan Fettel Ferrari 3 1:23.348 7 1 1:21.944 6 1:21.838 7
4 33 Maks Ferstappen Red Bull 4 1:23.483 5 4 1:22.416 6 1:21.879 7
5 3 Daniel Rikkardo Red Bull 5 1:23.494 5 6 1:22.897 5 1:22.152 7
6 20 Kevin Maqnussen Haas 11 1:23.909 8 8 1:23.300 6 1:23.187 3
7 8 Roman Qrojan Haas 8 1:23.671 8 9 1:23.468 6 1:23.339 3
8 27 Niko Hülkenberq Renault 10 1:23.782 8 10 1:23.544 5 1:23.532 3
9 55 Karlos Sayns Renault 6 1:23.529 7 7 1:23.061 6 1:23.577 4
10 77 Valtteri Bottas Mercedes AMG 9 1:23.686 7 3 1:22.089 7 2
11 14 Fernando Alonso McLaren 7 1:23.597 8 11 1:23.692 6
12 2 Stoffel Vandorn McLaren 12 1:24.073 8 12 1:23.853 6
13 11 Serxio Peres Force İndia 13 1:24.344 8 13 1:24.005 6
14 18 Ləns Stroll Williams 14 1:24.464 8 14 1:24.230 5
15 31 Esteban Okon Force İndia 15 1:24.503 10 15 1:24.786 6
16 28 Brendon Hartli Toro Rosso 16 1:24.532 8
17 9 Markus Eriksson Sauber 17 1:24.556 9
18 16 Şarl Lekler Sauber 18 1:24.636 9
19 35 Sergey Sirotkin Williams 19 1:24.922 8
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*