Avstraliya-2018: İkinci sərbəst yürüşlər

Komandalar ənənəyə sadiq qalaraq cümə günü təkərlərin səmərəliliyini öyrənmək və düzgün sazlanmaları tapmaq üçün işləyiblər. Asfalt örtüyünün vəziyyəti bir qədər yaxşılaşıb, lakin tozlu olduğundan bəzi sürücülər trasda qalmağa çətinlik çəkiblər.

F-1.az bildirir ki, sessiyanın əvvəlində Okon və Bottas trasdan çıxıblar. Bottasa Rəykkönen mane olub, onunla toqquşmaqdan yayınmaq üçün Mercedes-in sürücüsü trasdan çıxmalı olub. Məşqlər başa çatdıqdan sonra hər iki sürücü stüardların yanına çağırılıb.

43-cü dəqiqədə sessiya qırmızı bayraqlarla dayandırılıb. Buna səbəb start düzlüyündə asfaltdan kabelin çıxması olub.  Sürücülər bokslara qayıdıblar. Texniki xidmət əməkdaşları problemi aradan qaldırıblar, 3 dəqiqə sonra yaşıl işıqlar yanıb.

Ən böyük məsafəni Brendon Hartli qət edib. Protokollara isə yenə Lyuis Həmilton başçılıq edib – 1:23.931. Sessiya başa çatdıqdan sonra sürücülər start zamanı əsas və əlavə işıqfordan istifadə prosedurunu öyrəniblər. Strollun maşınının mühərriyi çox qızıb və kanadalı ona zərər verməmək üçün dayanmalı olub. Məşqlər sabah davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:23.931 35
2 33 Maks Ferstappen Red Bull 1:24.058 + 0:00.127 34
3 77 Valtteri Bottas Mercedes AMG 1:24.159 + 0:00.228 34
4 7 Kimi Rəykkönen Ferrari 1:24.214 + 0:00.283 39
5 5 Sebastyan Fettel Ferrari 1:24.451 + 0:00.520 38
6 8 Roman Qrojan Haas 1:24.648 + 0:00.717 34
7 3 Daniel Rikkardo Red Bull 1:24.721 + 0:00.790 28
8 14 Fernando Alonso McLaren 1:25.200 + 0:01.269 28
9 20 Kevin Maqnussen Haas 1:25.246 + 0:01.315 30
10 2 Stoffel Vandorn McLaren 1:25.285 + 0:01.354 34
11 55 Karlos Sayns Renault 1:25.390 + 0:01.459 35
12 11 Serxio Peres Force İndia 1:25.413 + 0:01.482 30
13 27 Niko Hülkenberq Renault 1:25.463 + 0:01.532 35
14 18 Ləns Stroll Williams 1:25.543 + 0:01.612 32
15 31 Esteban Okon Force İndia 1:25.888 + 0:01.957 33
16 28 Brendon Hartli Toro Rosso 1:25.925 + 0:01.994 41
17 10 Pyer Qasli Toro Rosso 1:25.945 + 0:02.014 39
18 35 Sergey Sirotkin Williams 1:25.974 + 0:02.043 37
19 9 Markus Eriksson Sauber 1:26.814 + 0:02.883 31
20 16 Şarl Lekler Sauber 1:26.815 + 0:02.884 35
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*