F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü Melburnda hava buludlu olacaq, termometrlər +28 dərəcəni göstərəcəklər. Şənbə günü də temperatur dəyişməz qalacaq, lakin günboyu leysan yağış yağacağı gözlənilir. Yarışın baş tutacağı bazar günü havanın hərarəti +21 dərəcəyə enəcək, lakin quru hava proqnozlaşdırılıb.
Xatırladaq ki, keçən il bütün sessiyalar quru trasda baş tutmuşdu.