Avstraliya-2018: Günün sürücüsü – Fernando Alonso

2016-cı ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi yarışın sonlarına yaxın çempionatın rəsmi saytında yerləşdirilmiş sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xəbər verir ki, yarışa 10-cu sıradan başlayan, öndəki bir neçə sürücünün yarışı tamamlaya bilməməsinə görə Virtual Təhlükəsizlik Maşını rejimində pit-stop edərək beşinci yerə yüksələn, yarışın sonlarına qədər Ferstappenə ötmə imkanı verməyən McLaren-in sürücüsü Fernando Alonso  “Günün Sürücüsü” seçilib. İspan sürücü bu ada ilk dəfədir ki, layiq görülür.

Qeyd edək ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarışın son 10 dövrəsi ərzində Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*