F-1.az xəbər verir ki, mövsümün ilk yarışında ən sürətli pit-stopu Red Bull-un mexanikləri ediblər – onlar Maks Ferstappenin maşınının dörd təkərini 2.15 saniyəyə dəyişiblər. Rikkardonun maşını üçün etdikləri pit-stop əməliyyatı isə üçüncü olub – 2.45 saniyə.
Ferrari mexaniklərini Rəykkönenin maşınına 2.39 saniyəyə göstərdikləri xidmətlə ikinci olublar. Bu sahədə ən yaxşılardan sayılan Williams mexaniklərinə Sergey Sirotkin yarışı erkən başa vurduğu üçün yalnız bir dəfə iş düşüb və onlar dördüncü nəticəni göstəriblər.
Ümumiyyətlə, ilk yarışda pit-stoplarda mexaniklərin keçən mövsümün sonu ilə müqayisədə xeyli ləng olduqları nəzərdən qaçmayıb – ilk onluqda 3 saniyədən daha çox vaxt ərzində edilmiş 3 pit-stop var. Qış fasiləsi ilə əlaqədar praktikanın azlığı öz sözünü deyib.
Keçən il bu mükafatın sahibi olan Mercedes yalnız 10-cu nəticə göstərə bilib. Maraqlıdır ki, Maqnussenin maşınının arxa sol təkərinin bağlanmadığı əməliyyat cəmi 2.72 saniyəyə başa çatıb…
Komanda | Cəmi | |||||||||||||||||||||
1. Red Bull | 40 | 40 | ||||||||||||||||||||
2. Ferrari | 22 | 22 | ||||||||||||||||||||
3. Williams | 12 | 12 | ||||||||||||||||||||
4. Haas | 10 | 10 | ||||||||||||||||||||
5. Toro Rosso | 8 | 8 | ||||||||||||||||||||
6. Sauber | 6 | 6 | ||||||||||||||||||||
7. Force İndia | 2 | 2 | ||||||||||||||||||||
8. Mercedes | 1 | 1 | ||||||||||||||||||||
9. McLaren | 0 | 0 | ||||||||||||||||||||
10. Renault | 0 | 0 |