Avstraliya-2018: Bukmeyker cədvəlləri

Sportingbet idarəsinin bukmeykerləri qarşıdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, qış testlərində Ferrari-nin üstün görünməsinə baxmayaraq, bukmeykerlər Həmiltonu Albert Parkda qələbəyə əsas namizəd hesab edirlər. Britaniyalı sürücünün şansları əsas rəqibi olacağı gözlənilən Sebastyan Fetteldən iki dəfə çox qiymətləndirilib. Onların Maks Ferstappenə Valtteri Bottasdan çox inanması da maraqlıdır…

Avstraliya Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton 2.10
Sebastyan Fettel 4.50
Maks Ferstappen 6.00
Valtteri Bottas 7.00
Daniel Rikkardo 8.00
Kimi Rəykkönen 23.00
Fernando Alonso 51.00

 

Keçən il dördüncü titulunu qazanmış Lyuis Həmilton bu il də titula əsas namizəd kimi göstərilib. Bukmeykerlərin fikrinə görə, titula Həmilton və Fetteldən sonra üçüncü namizəd Ferstappendir. Markus Eriksson, Şarl Lekler və Sergey Sirotkin üçün hələ ki, pul qoyuluşu qəbul olunmur. Alonsonun şansları isə Rəykkönendən yüksək qiymətləndirilir…

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton 1.61
Sebastyan Fettel 4.50
Maks Ferstappen 8.00
Valtteri Bottas, Daniel Rikkardo 11.00
Fernando Alonso 26.00
Kimi Rəykkönen 41.00

 

Mühəndislər Kubokunun qalibinin yenə Mercedes olacağı idarənin işçilərində çox da şübhə yaratmır, lakin onların əsa rəqibi kimi Ferrari yox, Red Bull göstərilib…

Çempionatda qələbə (komandalar)
Mercedes AMG 1.45
Red Bull 4.50
Ferrari 5.00
McLaren 34.00
Renault 301.00
Force İndia 501.00
Williams 751.00
Toro Rosso, Haas 1001.00
Sauber 2501.00
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*