F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, 1-ci, 6-cı və 14-cü döngələrdə təkərlərdən ibarət baryerlərdə dəyişikliklər edilib. Səkkizinci döngədə sol tərəfdəki “cib” bağlanıb. Trasın 11-ci və 12-ci döngələrindəki porebriklər beton vasitələrlə gücləndirilib, 12-ci döngənin çıxışında isə ikili porebriklər qoyulub. Bunlardan əlavə, həm də 12-ci döngənin qarşısına TecPro xüsusi baryerləri quraşdırılıb – bu baryerlərdən Albert Parkda heç vaxt istifadə olunmamışdı.
Melburnda DRS zonaları keçənilki kimi olacaq. FİA yeganə interval ölçmə nöqtəsi ilə iki DRS zonasını da təsdiq edib: hər il olduğu kimi əgər 14-cü döngənin apeksinə 13 metr qalmış maşınlar arasında interval ölçülən nöqtədə interval bir saniyədən az olarsa, onda hücum edəcək sürücü DRS sistemini iki ardıcıl düzlükdə aktivləşdirə bilər – start düzlüyündə (1-ci döngəyə 762 metr qalmış) və ikinci-üçüncü döngələr arasındakı düzlükdə (3-cü döngəyə 510 metr qalmış).