Avstraliya-2017: İkinci sərbəst yürüşlər

Sürücülər ikinci sessiyada sazlanmalar üzərində işləyiblər, həm də müxtəlif tərkiblərin effektivliliyini qiymətləndiriblər. Hətta ən yumşaq tərkibli UltraSoft təkərlər də öz effektivliyini itirmədən böyük məsafə qət etməyə imkan verib.

F-1.az xəbər verir ki, Fernando Alonso və Maks Ferstappen sessiyanın əvvəlində mexaniklər maşınlar üzərində işlədiyindən trasa çıxa bilməyiblər. Hər iki sürücü 20 dəqiqə itirib. Kevin Maqnussen beş dövrə vurduqdan sonra sızma aşkarlandığı üçün boksa gəlib. Uzun fasilədən sonra yenidən sükan arxasına keçib, lakin problem tam aradan qaldırılmadığı üçün maşını yenidən mexaniklərə təslim etməli olub.

Roman Qrojanın əyləc problemləri isə davam edib. Fransız sürücü bir neçə dəfə asfaltdan kənara çıxmalı olub. Sessiya 23-cü dəqiqədə qırmızı bayraqlarla saxlanılıb. Buna səbəb Colion Palmerin son döngədəki qəzası olub. Sürücü yaralanmayıb, maşının təxliyə edilməsi 9 dəqiqə çəkib. Bir qədər sonra isə Felipe Massa maşını təhlükəsiz zonada saxlayaraq kokpiti tərk edib. Buna səbəb ötürmələr qutusundakı problem olub. Ferstappen də problemlərə görə məşqləri erkən başa vurub.Sessiyanın sonuna beş dəqiqə qalmış Markus Eriksson altıncı döngədə idarəetməni itirib və çınqıllığa düşüb. Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib, maşın evaukasiya olunub.

Protokollara səhər olduğu kimi, bu dəfə də Lyuis Həmilton başçılıq edib – britaniyalının UltraSoft təkərlərlə göstərdiyi 1:23.620-lik nəticə Sebastyan Fettelin 2011-ci ildə trasın rekordunu müəyyənləşdirdiyi nəticəyə (1:23.529) cüzi fərqlə uduzub.

Sabah məşqlər davam edəcək. Çox güman ki, biz trasın yeni rekordunu görəcəyik…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:23.620 34
2 5 Sebastyan Fettel Ferrari 1:24.167 + 0:00.547 35
3 77 Valtteri Bottas Mercedes AMG 1:24.176 + 0:00.556 34
4 7 Kimi Rəykkönen Ferrari 1:24.525 + 0:00.905 30
5 3 Daniel Rikkardo Red Bull 1:24.650 + 0:01.030 27
6 33 Maks Ferstappen Red Bull 1:25.013 + 0:01.393 8
7 55 Karlos Sayns Toro Rosso 1:25.084 + 0:01.464 34
8 8 Roman Qrojan Haas 1:25.436 + 0:01.816 29
9 27 Niko Hülkenberq Renault 1:25.478 + 0:01.858 36
10 26 Daniil Kvyat Toro Rosso 1:25.493 + 0:01.873 39
11 11 Serxio Peres Force İndia 1:25.591 + 0:01.971 35
12 14 Fernando Alonso McLaren 1:26.000 + 0:02.380 19
13 31 Esteban Okon Force İndia 1:26.145 + 0:02.525 37
14 19 Felipe Massa Williams 1:26.331 + 0:02.711 6
15 9 Markus Eriksson Sauber 1:26.498 + 0:02.878 29
16 18 Ləns Stroll Williams 1:26.525 + 0:02.905 27
17 2 Stoffel Vandorn McLaren 1:26.608 + 0:02.988 33
18 94 Paskal Verlyayn Sauber 1:26.919 + 0:03.299 30
19 20 Kevin Maqnussen Haas 1:27.279 + 0:03.659 8
20 30 Colion Palmer Renault 1:27.549 + 0:03.929 4
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*