F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü Albert Parkda hava günəşli olacaq, temperatur +24 dərəcəyə qədər yüksələcək. Şənbə günü hava bir qədər buludlu olacaq, lakin hərarət +27 dərəcəyə çatacaq. Yarışın baş tutacağı gün isə +28 dərəcə istilik gözlənilir.
Hər üç gün ərzində yağışın yağma ehtimalı 10%-dir.
Xatırladaq ki, keçən il Melburnda cümə günü yağış yağmış, şənbə və bazar günlərində isə bütün sessiyalar quru havada baş tutmuşdu…