F-1.az avtodromun rəsmi səhifəsinə istinadən bildirir ki, cümə günü hava dəyişkən buludlu olacaq və mülayim külək əsəcək. Temperatur +26 dərəcə olacaq. Şənbə günü havanın günəşli olacağı və temperaturun +27 dərəcəyə çatacağı bildirilir. Həftəsonu ən isti gün isə yarışın baş tutacağı bazar günü olacaq – hava +30 dərəcəyə qədər qızacaq. Hər üç gün ərzində yağışın yağma ehtimalı 10-20% qiymətləndirilir.
Xatırladaq ki, keçən il Melburnda cümə günü yağış yağmış, şənbə və bazar günlərində isə bütün sessiyalar quru havada baş tutmuşdu…