F-1.az xəbər verir ki, yarışa ikinci yerdən başlayan və həm özünün, həm də Ferrari-nin 2015-ci ildə keçirilən Sinqapur Qran Prisindən bəri ilk qələbəsini qazanan Sebastyan Fettel “Günün Sürücüsü” seçilib.
Sebastyan Fettel keçən mövsüm bu ada üç dəfə – Sinqapurda, Meksikada və Əbu Dabidə layiq görülmüşdü. Bu sahədə lider isə Maks Ferstappendir – gənc hollandiyalı keçən il yeddi dəfə “Günün Sürücüsü” seçilmişdi.
Xatırladaq ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarış əsnasında Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.