F-1.az bildirir ki, işıqforun yaşıl işığının yanması ilə demək olar ki, bütün sürücülər trasa yollanıblar. Esteban Okon əyləclərdəki problemlərə, Stoffel Vandorn isə maye sızıntısına görə boksda qalmalı olublar, lakin hər iki sürücü problemlər aradan qaldırıldıqdan sonra məşqlərə başlaya biliblər.
Red Bull-un sürücüləri isə sessiyanın əvvəlində ən yaxşı nəticə uğrunda Mercedes AMG sürücüləri ilə mübarizə apara biliblər. Ferrari isə daha sərt təkərlərlə yarış simulyasiyasına üstünlük verib. Sessiyanın ortasına doğru nəticələr keçənilki poul nəticəsinə yaxın olub.
Ciddi qəza baş verməsə də, Daniel Rikkardo, Valtteri Bottas, Roman Qrojan və Markus Eriksson xırda səhvlərə yol veriblər. Colion Palmer texniki problemlərə görə sessiyanı vaxtından əvvəl başa vurub. Protokollara komanda yoldaşını yarım saniyəlik fərqlə üstələyən Lyuis Həmilton başçılıq edib – 1:24.220.
Nahardan sonra məşqlər davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:24.220 | – | 22 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:24.803 | + 0:00.583 | 25 |
3 | 3 | Daniel Rikkardo | Red Bull | 1:24.886 | + 0:00.666 | 19 |
4 | 33 | Maks Ferstappen | Red Bull | 1:25.246 | + 0:01.026 | 19 |
5 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:25.372 | + 0:01.152 | 16 |
6 | 5 | Sebastyan Fettel | Ferrari | 1:25.464 | + 0:01.244 | 10 |
7 | 19 | Felipe Massa | Williams | 1:26.142 | + 0:01.922 | 28 |
8 | 8 | Roman Qrojan | Haas | 1:26.168 | + 0:01.948 | 20 |
9 | 27 | Niko Hülkenberq | Renault | 1:26.183 | + 0:01.963 | 15 |
10 | 11 | Serxio Peres | Force İndia | 1:26.276 | + 0:02.056 | 28 |
11 | 55 | Karlos Sayns | Toro Rosso | 1:26.450 | + 0:02.230 | 24 |
12 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:26.514 | + 0:02.294 | 25 |
13 | 18 | Ləns Stroll | Williams | 1:26.734 | + 0:02.514 | 29 |
14 | 14 | Fernando Alonso | McLaren | 1:27.116 | + 0:02.896 | 18 |
15 | 9 | Markus Eriksson | Sauber | 1:27.348 | + 0:03.128 | 30 |
16 | 31 | Esteban Okon | Force İndia | 1:27.656 | + 0:03.436 | 22 |
17 | 20 | Kevin Maqnussen | Haas | 1:27.667 | + 0:03.447 | 19 |
18 | 94 | Paskal Verlyayn | Sauber | 1:28.539 | + 0:04.319 | 22 |
19 | 30 | Colion Palmer | Renault | 1:28.585 | + 0:04.365 | 6 |
20 | 2 | Stoffel Vandorn | McLaren | 1:28.695 | + 0:04.475 | 13 |