Avstraliya-2016: Üçüncü stüard – Martin Donelli

Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Bu dəfə stüardlara Martin Donelli kömək edəcək.

İrlandiyalı keçmiş sürücü Formula1-də 1989-cu ildə Fransa Qran Prisində Arrows komandasında zədələnmiş Derek Uoriki əvəzləməklə debüt etmişdi. 1990-cı ildə Lotus komandasına keçən marin Macarıstan Qran Prisində karyerasının ən yüksək nəticəsini – yeddinci yer göstərmişdi. Martinin qısa F1 karyerası Xeresdəki ciddi qəza ilə başa çatmışdı.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, mövsümün ilk Qran Prisində iralndiyalı sürücü Almaniyanın DMSB avtoklubunun icraiyyə komitəsinin üzvü Gerd Ennserə və Venesuelanın idman federasiyasının prezidenti Vinçentso Spanoya kömək edəcək…

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*