Avstraliya-2016: Üçüncü sərbəst yürüşlər

Dünənki sərbəst yürüşlrədən fərqli olaraq, 3-cü sərbəst yürüşlər quru trasda baş tutub. Bütün sürücülər aktiv mübarizə aparıblar - Soft və SuperSoft tərkiblərin effektivliyini qiymətləndirərək dünən itirdikləri vaxtı kompensə etməyə çalışıblar.

F-1.az xəbər verir ki. məşqlər xoşagəlməz insidentlə başlayıb – pit-leyndə Roman Qrojan və Rio Haryanto toqquşublar. Komandaların boksları qonşudur, mexaniklər sürücüləri eyni anda trasa buraxıblar, amma Haryanto çox ləng tərpəndiyi üçün maşınlar eyni anda eyni nöqtədə görüşməli olublar. Görünüşcə maşınların zədəsi ciddi görnməsə də, haryanto bir neçə dəqiqədən sonra trasa qayıtdığı halda, Haas maşınında mexaniklər altlığı da dəyişməli olublar.

Komandalar öz proqramları üzrə işləyiblər – Red Bull sürücüləri sıralanma turuna hazırlaşıblar, Mercedes AMG komandasının sürücüləri SuperSoft təkərlərin resursunu müəyyən etməyə çalışıblar. Yekunda təkərlər yalnız 12 dövrə dözüblər, sonra isə hər iki sürücü ciddi problem yaşayıblar. Rosberq 11-ci döngədən əvvəl əylənmədə Maqnussenlə toqquşmadan qaçmaq üçün trasdan çıxmalı olub. Ferrari sürücüləri isə Soft təkərlərlə həm qısa, həm də uzun dövrələr seriyasında işləyiblər.

Sessiyanın ikinci yarısında Mercedes AMG və Ferrari sürücüləri sıralanma turuna hazırlığa başlayıblar və dərhal Red Bull-un nəticəsini qat-qat yaxşılaşdırıblar. Toro Rosso sürücüləri belə ana komandanı üstələyiblər. Protokollara isə Lyuis Həmilton başçılıq edib.

Qarşıda bizi maraqlı sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:25.624 24
2 6 Niko Rosberq Mercedes AMG 1:25.800 + 0:00.176 25
3 5 Sebastyan Fettel Ferrari 1:25.852 + 0:00.228 25
4 55 Karlos Sayns Toro Rosso 1:26.257 + 0:00.633 28
5 7 Kimi Rəykkönen Ferrari 1:26.435 + 0:00.811 23
6 33 Maks Ferstappen Toro Rosso 1:26.701 + 0:01.077 26
7 77 Valtteri Bottas Williams 1:26.730 + 0:01.106 28
8 3 Daniel Rikkardo Red Bull 1:26.768 + 0:01.144 22
9 19 Felipe Massa Williams 1:27.151 + 0:01.527 28
10 11 Serxio Peres Force İndia 1:27.242 + 0:01.618 22
11 14 Fernando Alonso McLaren 1:27.263 + 0:01.639 20
12 22 Censon Batton McLaren 1:27.341 + 0:01.717 20
13 26 Daniil Kvyat Red Bull 1:27.430 + 0:01.806 22
14 9 Markus Eriksson Sauber 1:27.659 +0:02.035 26
15 20 Kevin Maqnussen Renault 1:27.871 + 0:02.247 24
16 27 Niko Hülkenberq Force İndia 1:27.988 + 0:02.364 22
17 30 Colion Palmer Renault 1:28.117 + 0:02.493 24
18 21 Esteban Qutyerres Haas 1:28.284 + 0:02.660 21
19 8 Roman Qrojan Haas 1:28.292 + 0:02.668 11
20 12 Felipe Nasr Sauber 1:28.293 + 0:02.669 26
21 94 Paskal Verlyayn Manor 1:29.046 + 0:03.422 18
22 88 Rio Haryanto Manor 1:29.272 + 0:03.648 23
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*