F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, trasın 3-cü döngəsi qarşısında kələ-kötürlülüyü götürmək üçün 25 metr sahədə asfalt örtüyü yenilənib.
5-ci döngənin çıxışında dəmir qoruyucu baryerlərin və işlənmiş təkərlərdən qurulmuş baryerlərin konfiqurasiyası bir az dəyişdirilib.
15-ci döngədən əvvəl marşal məntəqəsi hərəkət istiqamətində 12 metr irəli çəkilib.
16-cı döngənin çıxışında porebrikin uzunluğu 4 metr artırılıb – porebrik tədricən asfaltla bərabərləşir.
Bundan başqa FİA yeganə interval ölçmə nöqtəsi ilə iki DRS zonasını da təsdiq edib: hər il olduğu kimi əgər 14-cü döngənin apeksinə 13 metr qalmış maşınlar arasında interval ölçülən nöqtədə interval bir saniyədən az olarsa, onda hücum edəcək sürücü DRS sistemini iki ardıcıl düzlükdə aktivləşdirə bilər – start düzlüyündə (1-ci döngəyə 762 metr qalmış) və ikinci-üçüncü döngələr arasındakı düzlükdə (3-cü döngəyə 510 metr qalmış).