F-1.az xatırladır ki, Avstraliya Qran Prisi 1985-ci ildən keçirilir. İlk 11 il ərzində Adelaidada baş tutan yarış mövsümə son qoyurdu, 1996-cı ildən Melburna köçən yarış isə, adətən, mövsümə start verir. Keçən ilin sentyabrında yarışın təşkilatçıları Qran Prinin keçirilməsi üzrə müqaviləni 2023-cü ilədək uzatdılar.
Yarış həftəsonu ərzində Albert Parka 300 mindən çox tamaşaçı baş çəkir, Qran Pri ilə bilavasitə və ya dolyaı əlaqəsi olan yerli biznesin gəliri isə 39 milyon Avstraliya dolları həcmində dəyərləndirilir.
Melburn təqvimdə ən qonaqpərvər yarış keçirən şəhər sayılır – bir çoxları hesab edirlər ki, bu sahədə onunla yalnız Monreal rəqabət apara bilər. Biz isə əminik ki, bu sahədə Bakı elə birinci yarışdan liderliyi ələ alacaq. Avropadan uzaqlığına baxmayaraq, tamaşaçıların yarışı normal vaxtda izləməsi üçün start vaxtı axşama doğru çəkilib. Mövsümün ilk yarışı statusu həmişə bu yarışa maraq qatır.
TRASIN XARAKTERİSTİKASI
Tras kifayət qədər sürətlidir və aerodinamikaya tələbkar deyil. Müvəqqəti traslara xas olan çırk və toz üzündən asfaltla ilişmə həftəsonu ərzində xeyli yaxşılaşır, bu isə sazlanmalarla işi çətinləşdirir. Digər şəhər traslarında olduğu kimi, Albert Parın asfalt örtüyü ideal deyil – asfaltda kifayət qədər kələ-kötür sahələr var.
Tras motorlara çox tələbkardır, motora düşən yüklənməyə görə tras yalnız Montsaya uduzur – dövrənin 66% hissəsində sürücülər qazı tam döşəməyə sıxırlar. Yavaş döngələrdən çıxışda daim sürətlənmələr olduğu üçün maşının idarəolunması və motorun dirsəkli valının dövriyyəsinin geniş diapazonda stabilliyi vacib rol oynayır.
Aerodinamika asfalta yatma qüvvəsinin orta-yüksəyə yaxın səviyyəsinə sazlanır – sazlanmalara görə tras Sepanq və ya Silverstounu xatırladır, həftəsonunun gedişində mühəndislər ənənəvi olaraq asfalta yatma qüvvəsi ilə sürət arasında kompromis axtarmaqla məşğul olurlar.
Albert Parkda dövrəni yaxşı keçmək üçün qaz pedalına maksimum həssas olan maşın olmalıdır, asılqanların sazlanması zamanı əylənmədə bərklik və stabilliyə nail olmaq lazımdır. Tras əyləclərin effektivliyinə və onların soyudulmasına tələbkardır.
Ötmək üçün ideal yer start düzlüyünün sonudur, bu düzlükdə sürücülər 300 km/saat sürət yığırlar və Jones döngəsində əylənmədə mövqe qazansalar, ikinci döngənin çıxışında mövqelərini möhkəmlədə bilərlər. Bu iki düzlükdə DRS-dən istifadə sahələri yerləşir, yeganə interval ölçmə nöqtəsi isə 14-cü döngənin girişindədir.
Ən maraqlı döngə isə 12-cidir – Waite döngəsinə 250 km/saat sürətlə girən maşın porebrikə hücum edərək daha sürətli sahəyə çıxır, kiçik səhv böyük vaxt itkisinə səbəb olur.
2015-ci ilin Avstraliya Qran Prisində sessiyalarda ən yaxşı nəticələr | ||||
Sessiya | Hava | Sürücü | Komanda | Zaman |
1-ci sərbəst yürüşlər | Günəşli, quru | N.Rosberq | Mercedes AMG | 1:29.557 |
2-ci sərbəst yürüşlər | Günəşli, quru | N.Rosberq | Mercedes AMG | 1:27.697 |
3-cü sərbəst yürüşlər | Günəşli, quru | L.Həmilton | Mercedes AMG | 1:27.867 |
Sıralanma turu | Buludlu, quru | L.Həmilton | Mercedes AMG | 1:26.327 |
Yarışda sürətli dövrə | Günəşli, quru | L.Həmilton | Mercedes AMG | 1:30.945 |
TELEYAYIM
Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün Avstraliya Qran Prisini İdman azərbaycan və ya İdman Azərbaycan HD kanallarından izləyə bilərsiniz. Hər bir sessiyanın rəsmi protokolları isə saytımızda operativ yerləşdiriləcək…
Avstraliya Qran Prisinin sessiyaları, Bakı vaxtılə | |||
Tarix | Sessiya | Zaman | TV |
18/03 | 1-ci sərbəst yürüşlər | 05:30 | – |
18/03 | 2-ci sərbəst yürüşlər | 09:30 | – |
19/03 | 3-cü sərbəst yürüşlər | 07:00 | – |
19/03 | Sıralanma turu | 10:00 | 09:30 |
20/03 | Yarış | 09:00 | 08:45 |
HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ
Sürücü | Komanda | Medium | Soft | SuperSoft |
L.Həmilton | Mercedes AMG | 1 | 6 | 6 |
N.Rosberq | Mercedes AMG | 2 | 5 | 6 |
S.Fettel | Ferrari | 2 | 5 | 6 |
K.Rəykkönen | Ferrari | 2 | 5 | 6 |
V.Bottas | Williams | 1 | 5 | 7 |
F.Massa | Williams | 1 | 5 | 7 |
D.Rikkardo | Red Bull | 2 | 4 | 7 |
D.Kvyat | Red Bull | 2 | 4 | 7 |
K.Maqnussen | Renault | 1 | 5 | 7 |
C.Palmer | Renault | 1 | 5 | 7 |
N.Hülkenberq | Force İndia | 2 | 5 | 6 |
S.Peres | Force İndia | 2 | 5 | 6 |
M.Ferstappen | Toro Rosso | 2 | 4 | 7 |
K.Sayns | Toro Rosso | 2 | 4 | 7 |
F.Alonso | McLaren | 1 | 5 | 7 |
C.Batton | McLaren | 1 | 5 | 7 |
M.Eriksson | Sauber | 1 | 6 | 6 |
F.Nasr | Sauber | 2 | 5 | 6 |
P.Verlyayn | Manor | 4 | 4 | 5 |
R.Haryanto | Manor | 4 | 4 | 5 |
R.Qrojan | Haas | 1 | 5 | 7 |
E.Qutyerres | Haas | 2 | 4 | 7 |
STATİSTİKA
Hazırkı pilotların Avstraliya Qran Prisində nəticələri | |||||
Pilot | QP | Xallar | Poul | Podium | Qələbə |
F.Alonso | 13 | 105 | – | 5 | 1 |
L.Həmilton | 9 | 92 | 4 | 5 | 2 |
C.Batton | 16 | 88 | 2 | 4 | 3 |
K.Rəykkönen | 13 | 68 | 1 | 5 | 2 |
S.Fettel | 8 | 73 | 3 | 4 | 1 |
N.Rosberq | 10 | 64 | – | 3 | 1 |
F.Massa | 13 | 48 | – | 1 | – |
K.Maqnussen | 2 | 18 | – | 1 | – |
N.Hülkenberq | 6 | 14 | – | – | – |
F.Nasr | 1 | 10 | – | – | – |
V.Bottas | 3 | 10 | – | – | – |
D.Rikkardo | 5 | 10 | – | – | – |
S.Peres | 5 | 6 | – | – | – |
M.Eriksson | 2 | 4 | – | – | – |
K.Sayns | 1 | 2 | – | – | – |
D.Kvyat | 2 | 2 | – | – | – |
R.Qrojan | 4 | 1 | – | – | – |
E.Qutyerres | 2 | – | – | – | – |
M.Ferstappen | 1 | – | – | – | – |
C.Palmer | – | – | – | – | – |
P.Verlyayn | – | – | – | – | – |
R.Haryanto | – | – | – | – | – |
Avstraliya Qran Prisinin qalibləri | |||||
Tarix | Tras | Poul | Qələbə | ||
15.03.2015 | Melburn | L.Həmilton | Mercedes AMG | L.Həmilton | Mercedes AMG |
16.03.2014 | Melburn | L.Həmilton | Mercedes AMG | N.Rosberq | Mercedes AMG |
17.03.2013 | Melburn | S.Fettel | Red Bull | K.Rəykkönen | Lotus |
18.03.2012 | Melburn | L.Həmilton | McLaren | C.Batton | McLaren |
27.03.2011 | Melburn | S.Fettel | Red Bull | S.Fettel | Red Bull |
28.03.2010 | Melburn | S.Fettel | Red Bull | C.Batton | McLaren |
29.03.2009 | Melburn | C.Batton | Brawn GP | C.Batton | Brawn GP |
16.03.2008 | Melburn | L.Həmilton | McLaren | L.Həmilton | McLaren |
18.03.2007 | Melburn | K.Rəykkönen | Ferrari | K.Rəykkönen | Ferrari |
02.04.2006 | Melburn | C.Batton | Honda | F.Alonso | Renault |
06.03.2005 | Melburn | C.Fizikella | Renault | C.Fizikella | Renault |
07.03.2004 | Melburn | M.Şumaxer | Ferrari | M.Şumaxer | Ferrari |
09.03.2003 | Melburn | M.Şumaxer | Ferrari | D.Kulthard | McLaren |
03.03.2002 | Melburn | R.Barrikello | Ferrari | M.Şumaxer | Ferrari |
04.03.2001 | Melburn | M.Şumaxer | Ferrari | M.Şumaxer | Ferrari |
12.03.2000 | Melburn | M.Həkkinen | McLaren | M.Şumaxer | Ferrari |
07.03.1999 | Melburn | M.Həkkinen | McLaren | E.İrvayn | Ferrari |
08.03.1998 | Melburn | M.Həkkinen | McLaren | M.Həkkinen | McLaren |
09.03.1997 | Melburn | J.Vilnöv | Williams | D.Kulthard | McLaren |
10.03.1996 | Melburn | J.Vilnöv | Williams | D.Hill | Williams |
12.11.1995 | Adelaida | D.Hill | Williams | D.Hill | Williams |
13.11.1994 | Adelaida | N.Mənsell | Williams | N.Mənsell | Williams |
07.11.1993 | Adelaida | A.Senna | McLaren | A.Senna | McLaren |
08.11.1992 | Adelaida | N.Mənsell | Williams | G.Berger | McLaren |
03.11.1991 | Adelaida | A.Senna | McLaren | A.Senna | McLaren |
04.11.1990 | Adelaida | A.Senna | McLaren | N.Pike | Benetton |
05.11.1989 | Adelaida | A.Senna | McLaren | T.Butsen | Williams |
13.11.1988 | Adelaida | A.Senna | McLaren | A.Prost | McLaren |
15.11.1987 | Adelaida | G.Berger | Ferrari | G.Berger | Ferrari |
29.10.1986 | Adelaida | N.Mənsell | Williams | A.Prost | McLaren |
03.11.1985 | Adelaida | A.Senna | Lotus | K.Rosberq | Williams |