Avstraliya-2016: Sıralanma turu

Mövsümün ilk sıralanma turu yeni maşınların bərabər şəraitdə sürətlərinin müqayisəsi üçün ilk imkandır - ona görə də böyük maraqla gözlənilir və izlənilir. Bu il isə yeni format marağı daha da artırmışdı.

F-1.az xatırladır ki, yeni sıralanma turu formatı iki həftə əvvəl təsdiq olunmuşkeçən həftə reqlamentə daxil edilmişdi. Dünən axşam FİA-nın yarış direktoru Çarli Uaytinq jurnalistlərə yeni formatın detallarını izah edib. Format həm sürücülər, həm azarkeşlər, həm də jurnalistlər tərəfindən birmənalıq arşılanmayıb – tənqid edənlər də var idi, gəzləməyə üstünlük verənlər də.

Dünən həm nahardan əvvəl, həm də nahardan sonra komandalar yağış üzündən məhsuldar işləyə bilməmişdilər, bu gün səhər hava yaxşılaşmış və səhər sərbəst yürüşləri problemsiz ötüşmüşdü. Düzdür, debütant Rio Haryanto pit-leyndə Roman Qrojanın maşınını zədələmişdi. Stüardların qərarına əsasən Rio sabahkı yarışın startında 3 yer itirmək cəzası almışdı.

İlk sessiyanın startında əvvəl sürücülər hamısı SuperSoft təkərlərlə pit-leynin çıxışında növbəyə dayanıblar – hətta liderlər ən yumşaq təkər tərkibinə qənaət etməyiblər. Həmilton Qrojanı önə buraxsa da, tezliklə franslı sürücünü arxada qoyub. Rosberq səhvə yol verib və otluq sahəyə səyahət edib. İlk cəhdində Həmilton protokollara başçılıq eidb – 1:26.635, amma Rəykkönen ondan sürətli olub – 1:26.579, Lyuis ikinci cəhdində liderliyi geri qaytarıb – 1:25.351.

Bir neçə dövrə vuran liderlər boksa qayıdıblar. İlk mübarizəni dayandıran isə Manor komandasının debütantı Paskal Verlyayn olub, komanda yoldaşı tezliklə ona qoşulub. Daha sonra Haas sürücüləri mübarizəni dayandırıblar. Növbəti 90 saniyədə Kvyat, daha sonra isə Sauber sürücüləri mübarizədən kənar qalıblar.

İkinci sessiyanın əvvəlində yenə də hamı SuperSoft təkərlərlə pit yolunda yaşıl işığın yanmasını gözləyib. Elə ilk sürətli dövrəsində Həmilton protokollara başçılıq edib – 1:24.605, bu nəticəni sona qədər yaxşılaşdıran olmayıb.

Renault sürücüləri ilk olaraq mübarizədən kənar qalıblar – yeni maşın McLaren maşınına 3 saniyə uduzub, komandanın ciddi iş gözləyir. McLaren sürücüləri təkər qıtlığı üzündən mübarizədən imtina etməli olublar. Sürətli dövrədə səhvə yol verən Bottas gözlənilmədən mübarizəni dayandırmalı olublar. Sessiyada sonuncu mübarizəni dayandırlanlar isə Force İndia komandasının sürücüləri olublar.

Mercedes AMG, Ferrari və Toro Rosso komandaları tam heyətlə finala keçiblər, Rikkardo və Massa isə ilk səkkizliyi tamamlayıblar.

Son sessiyaya da sürücülər SuperSoft təkərlərlə çıxıblar. İlk cəhdində Lyuis həftəsonunun rekorduna imza atıb – 1:24.133, Rosberq isə Ferrari sürücülərinə belə uduzub.

İlk cəhd sürücülər üçün həlledici olub – əvvəlcə Rikkardo mübarizədən kənar qalıb, sonra Sayns təkərlərini bloka saldığı üçün yaxşı nəticə göstərə bilməyib. Massa, Ferstappen ikinci cəhdə çıxmayıblar. Ferrari sürücüləri də təzə SuperSoft dəstini yarış üçün saxlayıblar.

Mercedes AMG sürücüləri son cəhdlərinə çıxıblar. Həmilton öz rekordunu təzələyib – 1:23.837, Rosberq ona uduzsa da, Ferrari sürücülərini qabaqlayıb. Yeni formatın sonu çox darıxdırıcı olub – poulun sahibi sessiyanın sonuna 4 dəqiqə qalmış bəlli olub.

Lyuis Həmilton Melburnda karyerasında 50-ci poulunu qazanıb. Sabah ilk cərgədən onun yanında Rosberq start alacaq, ikinci cərgədən Ferrari sürücüləri, üçüncü cərgədən isə Ferstappen və Massa yarışa başlayacaqlar.

 

Yer Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Yer Zaman Dövrə
1 Lyuis Həmilton Mercedes AMG 1 1:25.351 5 1 1:24.605 3 1 1:23.837 6
2 Niko Rosberq Mercedes AMG 9 1:26.934 4 2 1:24.796 3 2 1:24.197 6
3 Sebastyan Fettel Ferrari 10 1:26.945 5 3 1:25.257 6 3 1:24.675 3
4 Kimi Rəykkönen Ferrari 5 1:26.579 4 6 1:25.615 6 4 1:25.033 3
5 Maks Ferstappen Toro Rosso 8 1:26.934 3 7 1:25.615 6 5 1:25.434 3
6 Felipe Massa Williams 2 1:25.918 6 8 1:25.644 3 6 1:25.458 3
7 Karlos Sayns Toro Rosso 12 1:27.057 5 4 1:25.384 6 7 1:25.582 3
8 Daniel Rikkardo Red Bull 11 1:26.945 6 5 1:25.599 6 8 1:25.589 3
9 Serxio Peres Force İndia 6 1:26.607 6 9 1:25.753 6
10 Niko Hülkenberq Force İndia 4 1:26.550 8 10 1:25.865 6
11 Valtteri Bottas Williams 13 1:27.135 3 11 1:25.961 6
12 Fernando Alonso McLaren 3 1:26.537 6 12 1:26.125 3
13 Censon Batton McLaren 7 1:26.740 6 13 1:26.304 3
14 Colion Palmer Renault 14 1:27.241 9 14 1:27.601 3
15 Kevin Maqnussen Renault 15 1:27.297 8 15 1:27.742 3
16 Markus Eriksson Sauber 16 1:27.435 9
17 Felipe Nasr Sauber 17 1:27.958 7
18 Daniil Kvyat Red Bull 18 1:28.006 5
19 Roman Qrojan Haas 19 1:28.322 6
20 Esteban Qutyerres Haas 20 1:29.606 6
21 Rio Haryanto Manor 21 1:29.627 3
22 Paskal Verlyayn Manor 22 1:29.642 3
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*