Avstraliya-2016: Pirelli-dən Medium, Soft və SuperSoft

Mövsümün ilk yarışında yeni təkər reqlamentinin real işləməsi hamı üçün maraqlıdır.

F-1.az bir daha xatırladır ki, Albert Parkda komandalar Medium, Soft və SuperSoft tərkiblərindən istifadə edəcəklər. Qüvvəyə minəcək yeni reqlament komandaların bu tərkiblərlə işi üzrə imkanlarını artırmaqla, mümkün strategiya variantlarının sayını da artıracaq…

Pol Hembri, Pirelli Motorsport: “Təkər reqlamentindəki ciddi dəyişikliklər komanda və sürücülər üçün strategiya variantlarının müxtəlifliyini təmin edəcək. Əslində, Albert Park üçün strategiya üzərində komandalar hələ keçən ildən düşünməyə başlayıblar – keçən ilin sonunda komandalar təkər seçimini etməli olmuşdular. Bu yaxınlarda isə biz, lap poker oyununda olduğu kimi, kartları açmalı olduq. Bazar günü axşama yaxın biz biləcəyik ki, kimin seçimi daha doğru idi…”

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*