Avstraliya-2016: Maraqlı statistika

Mövsümün ilk yarışından sonra məşhur ekspert Mikele Merlino maraqlı statistik məlumatlar hazırlayıb. F-1.az bu məlumatları sizin nəzərinizə çatdırır...

SIRALANMA TURU

Lyuis Həmilton tarixdə karyerası boyu 50 poul qazanmış üçüncü sürücü olub. Ondan əvvəl bu səviyyəyə Ayrton Senna (65 poul) və Mixael Şumaxer (68 poul) çatmışdılar.

Mercedes AMG komandası ardıcıl 7-ci dəfə ilk sıranı bütünlüklə zəbt edib.

Maks Ferstappen Avstraliya Qran Prisində sıralanma turlarında karyerasının ən yaxşı nəticəsini göstərərək 5-ci oub. Maraqlıdır ki, bu nəticə onun atası – Yos Ferstappenin ən yaxşı nəticəsindən bir pillə yüksəkdir.

YARIŞ

Sebastyan Fettel karyerasında 80-ci podiumunu qazanaraq Kimi Rəykkönen və Ayrton Sennaya bu göstəricidə çatıb. İrəlidə isə yalnız Lyuis Həmilton (88 podium), Fernando Alonso (97 podium), Alen Prost (106) və Mixael Şumaxer (155) var.

Avstraliyada Lyuis Həmiltonun 25 yarışlıq çempionata başçılıq ediyi seriya başa çatıb. Bu seriya 2014-cü ilin Sinqapur Qran Prisində başlamışdı – bu yarışda qələbə qazanan Lyuis Rosberqi üstələyərək mövsümün sonuna qədər liderliyi əldən verməmişdi. Keçənilki mövsümü qələbə ilə başlayan Həmilton sonununa qədər liderlik etmişdi.

Niko Rosberq 15-ci qələbəsini qazanmaqla bu göstəricidə Censon Battona çatıb – onlar tarixdə 17-ci yeri bölüşürlər. Qeyd edək ki, Niko ardıcıl 4-cü qələbəsini qazanıb. Niko Ardıcıl 4 qələbə qazanan yeganə sürücüdür ki, hələ titulu yoxdur. Hərçənd, ardıcıl qələbələr rekordu Sebastyan Fettelə məxsusdur – almaniyalı sürücü 2013-cü ilin son 9 yarışında qələbə qazanmışdı.

Melburnda Mercedes AMG komandasının sürücüləri ardıcıl 5-ci komanda dublu ediblər. 2014-cü ildı də komandanın aktivində eyni seriya var idi – Malayziya Qran Prisindən Monako Qran Prisinədək. Ferrari komandası iki dəfə eyni seriyaya sahib çıxıb – 1952-ci və 2002-ci illərdə.

Bu komanda dublu Həmilton və Rosberq üçün 24-cü olub və onlar bu göstəricidə Mixael Şumaxer və Rubens Barrikello cütlüyü ilə bərabərləşiblər, amma Ferrari cütlüyü bu nailiyyətə 6 il sərf etmişdi.

Lyuis Həmilton Melburnda 6 podium qazanan yeganə sürücü olub.

Mercedes AMG Melburnda iki komanda dublu edən yeganə komanda edib.

Roman Qrojanın qazandığı 6-cı yer sayəsində Haas komandası debüt yarışında xal qazanıb…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*