F-1.az xatırladır ki, bir ay əvvəl FOM tərəfindən “Günün sürücüsü” mükafatı təsis edilmiş, FİA da bunu qəbul etmişdi. Mövsümün ilk yarışı olan Avstraliya Qran Prisində 19-cu yerdən start almasına baxmayaraq, finişdə 6-cı olan və komandasına vacib 8 xal qazandıran Roman Qrojan “Günün sürücüsü” seçilib.
Xəbər verdiyimiz kimi, bu seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə isə hər yarışdan sonra Formula1-in rəsmi internet saytında keçirilir.
Roman Qrojan: “Mənə səs verən və mesajları ilə dəstək olan hər kəsə təşəkkür edirəm! Bəhreyn yarışı üçün çox səbrsizlənirəm”.