F-1.az xəbər verir ki, ilk tam dövrəni Niko Rosberq vurub – 1:44.037, əlbəttə, onun bu nəticəsi idealdan çox uzaq olub. Tezliklə komanda yoldaşı onun nəticəsini 3 saniyə yaxşılaşdırıb. Amma bundan sonra uzun müddət trasda sakitlik hökm sürüb. Esteban Qutyerres və Karlos Sayns trasa heç çıxamyıblar. Nəhayət, Karlos sükutu pozub, amma elə bir neçə döngədən sonra maşında nasazlıq üzə çıxıb və sürücü yavaşca boksa qayıtmalı olub. Sessiyanın sonunda ispaniyalı sürücü trasa qayıtsa da, sürətli nəticə göstərməyib.
Tədricən asfalt quruyub və sürücülər trasa sliklərlə çıxmağa başlayıblar. Rikkardo və Kvyat sürətli nəticə göstərdikdən sonra kiçik yağış yağmağa başlayıb. Sessiyanın ortasında yağış dayanıb, günəş çıxıb və sürücülər aktiv işləməyə başlayıblar. Protokolların ilk sətrində sürücülər bir-birini əvəz ediblər. Amma damalı bayrağın dalğalanmasına 5 dəqiqə qalmış yenidən yağış başlayıb və sessiya faktiki olaraq başa çatıb.
İlk sessiya səhvsiz ötüşməyib – Maks Ferstappen yerində fırlanıb, trasdan kənara Massa, Haryanto, Bottas səyahət ediblər, lap sonda isə Rəykkönen səhvə yol verib, ondan sonra isə Rikkardo çınqıllıqda dayanıb…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:29.725 | – | 14 |
2 | 26 | Daniil Kvyat | Red Bull | 1:30.146 | + 0:00.421 | 14 |
3 | 3 | Daniel Rikkardo | Red Bull | 1:30.875 | + 0:01.150 | 13 |
4 | 27 | Niko Hülkenberq | Force İndia | 1:31.325 | + 0:01.600 | 8 |
5 | 33 | Maks Ferstappen | Toro Rosso | 1:31.720 | + 0:01.995 | 14 |
6 | 6 | Niko Rosberq | Mercedes AMG | 1:31.814 | + 0:02.089 | 11 |
7 | 14 | Fernando Alonso | McLaren | 1:33.060 | + 0:03.335 | 11 |
8 | 22 | Censon Batton | McLaren | 1:33.129 | + 0:03.404 | 16 |
9 | 11 | Serxio Peres | Force İndia | 1:33.370 | + 0:03.645 | 6 |
10 | 20 | Kevin Maqnussen | Renault | 1:34.060 | + 0:04.335 | 13 |
11 | 77 | Valtteri Bottas | Williams | 1:34.550 | + 0:04.825 | 6 |
12 | 19 | Felipe Massa | Williams | 1:34.679 | + 0:04.954 | 6 |
13 | 12 | Felipe Nasr | Sauber | 1:34.796 | + 0:05.071 | 7 |
14 | 30 | Colion Palmer | Renault | 1:35.477 | + 0:05.752 | 12 |
15 | 9 | Markus Eriksson | Sauber | 1:37.956 | + 0:08.231 | 6 |
16 | 94 | Paskal Verlyayn | Manor | 1:40.401 | + 0:10.676 | 6 |
17 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:40.754 | + 0:11.029 | 10 |
18 | 21 | Esteban Qutyerres | Haas | 1:41.780 | + 0:12.055 | 8 |
19 | 88 | Rio Haryanto | Manor | 1:43.372 | + 0:13.647 | 7 |
20 | 8 | Roman Qrojan | Haas | 1:43.443 | + 0:13.718 | 6 |
21 | 5 | Sebastyan Fettel | Ferrari | – | – | 8 |
22 | 55 | Karlos Sayns | Toro Rosso | – | – | 3 |