F-1.az bildirir ki, əvvəldən də gözlənildiyi və deyildiyi kimi, mövsüm iyulun 5-də Şpilberqdə başlayacaq. Buradakı iki yarışdan sonra komandalar indiyə qədər gözlənildiyinin əksinə olaraq, Silverstouna yox, Budapeştə gedəcəklər. Çünki Britaniya hökumətinin tətbiq etdiyi sərt karantin qaydaları trasın iyulda yarış qəbul etməsinə mane olur.
Formula1-in rəhbərliyi Silverstounda avqustun əvvəllərində 2 yarış keçirməyə ümid edir. Daha sonra çempionat iştirakçıları İspaniya, Belçika və İtaliyaya yollanacaqlar. Son iki yarış yüksək ehtimalla ilkin təqvimdəki yerini saxlayacaq. Bu təqvim rəsmi şəkildə təsdiq olunarsa, biz 10 həftədə 8 yarış izləyəcəyik.
Mövsümün Avropa hissəsinin rəsmi təqviminin növbəti bazar ertəsi açıqlanacağı gözlənilir…
Sıra | Tarix | Ölkə |
1 | 3-5 iyul | Avstriya |
2 | 10-12 iyul | Avstriya |
3 | 17-19 iyul | Macarıstan |
4 | 31 iyul – 2 avqust | Böyük Britaniya |
5 | 7-9 avqust | Böyük Britaniya |
6 | 14-16 avqust | İspaniya |
7 | 28-30 avqust | Belçika |
8 | 4-6 sentyabr | İtaliya |