Avropa Qran Prisinin tarixi – 1983-cü il

Uzaq 1983-cü ildə Formula1 üzrə dünya çempionatının son mərhələlərindən biri Nyu York şəhərində baş tutmalı idi. Nyu York Qran Prisini ABŞ-ın işgüzar paytaxtının mərkəzi küçələrində təşkil etmək planlaşdırılmışdı, amma yarışa bir neçə ay qalmış məlum oldu ki, layihəni reallaşdırmaq mümkün deyil. Təqvimdə boşluq yarandı - mövsümün sonuncu yarışı beş həftə sonra keçirilməli idi. Bu zaman Britaniyanın Brənds Hətç avtodromunun sahibləri maraqlı təklif irəli sürdülər - o zamanlar Britaniya Qran Prisini bu trasla Silverstoun növbələşərək keçirirdilər, ona görə də tras daim hazırlıqlı vəziyyətdə saxlanılırdı. Həmin mövsümdə Britaniya Qran Prisi Silverstounda keçirilmişdi, təklif olundu ki, boşluq bu trasda bir yarışla doldurulsun. FİA tras rəhbərliyinin təklifini dəstəklədi və yeni yarışa ad fikirləşməyi təklif etdi. Beləliklə də, təqvimdə AVROPA QRAN PRİSİ meydana gəldi...

F-1.az xatırladır ki, yerli tütün manufakturası John Player & Sons yarışa titul sponsorluğu etdiyi üçün ilk yarış tarixə John Player Grand Prix of Europe adı ilə düşür. Məhz bu şirkətin sponsorluq etdiyi Lotus komandasının sürücüsü Elio de Ancelis şənbə günü hamıdan sürətli olaraq karyerasında ilk poulunu qazanır. Amma italiyalı sürücünü yarışda heç kim favorit hesab etmirdi – Renault turbomotoru ilə təchiz edilmiş maşın həmin il 13 yarışdan yalnız ikisində finiş görməyə imkan vermişdi. Mövsümün sonuna cəmi iki yarış qalmışdı, titul isə dörd namizəd var idi – hər bir namizəd sabahkı yarışda maksimum xal qazanmağa çalışrıdı.

İki həftə əvvəl Montsada mövsümdə ikinci qələbəsinə sevinən Brabham komandasının braziliyalı sürücüsü Nelson Pike Ferrari komandasının sürücüsü Patrik Tambeni üstələyərək sürücülərin çempionatında üçüncü yerə yüksəlmişdi. Nelson Ferrarinin digər sürücüsü Rene Arnuya 3 xal uduzurdu, Renault komandasının gənc sürücüsü Alen Prost isə çempionata başçılıq edir və ilk titulunu qazanmağa çox yaxın idi.

Start düzümü maraqlı alınmışdı  ilk cərgədən de Ancelisin yanında Pikenin komanda yoldaşı Rikardo Patreze dayanmışdı. İkinci cərgədə Lotus-un digər sürücüsü yerli azarkeşlərin sevimlisi Naycel Mənsell və Pike yer almışdılar. Titula namizdə olan Ferrari sürücüləri 3-cü cərgəni zəbt etmişdilər – Tambe Arnudan bir neçə metr öndə idi. Renault komandasının sürücüləri isə yarışa 4-cü cərgədən başlayırdılar – maraqlıdır ki, Prost da komanda yoldaşı Eddi Çiverə uduzmuşdu.

Startda daha yaxşı tərpənən Patreze həmyerlisini qabaqlayaraq birinci döngəyə öndə girir. Bir neçə döngədən sonra Pike də Lotusun digər sürücüsünü keçərək 3-cü yerə yüksəlir. İlk dövrədni Prost 5-ci yerdə tamamlayır, Arnu və Tambe isə onu təqib edirdilər.

Tezliklə Rene Arnu yaxşı xal qazanmaq şansını itirir – Ferrari sürücüsü səhvə yol verir, trasdan çıxır və peletonun sonuna düşür.

Altıncı dövrədən başlayaraq de Ancelis motorda kənar səslər eşitməyə başlayır. Mövsümün gedişində ona başağrısı olan bu səslərdə Elio başa düşür ki, bir neçə dövrədən sonra motor işləməkdən imtina edəcək. Ona görə də həmyerlisinə hücum etmək qərarına gəlir.

Lotus sürücüsü 10-cu dövrədə Patrezeni gec əyləci basmaqla keçməyə cəhd edir, amma trayektoriyaya qayıdan Brabham sürücüsü ilə toqquşur. Hər iki sürücü trasa qayıtsa da, Nelson Pike yanlarından ötüb liderliyi ələ alır. Patreze təkərlərinə hopmuş tozu təmizləməmiş Prost da ona yaxınlaşır, bir-iki döngədən sonra fransalı professor da onun müqavimətini qıraraq ikinciliyə yüksəlir. Elio de Ancelis iki dövrədən sonra dayanmalı olur – motor yenə də partlayır.

Bundan sonra əsas yerdəyişmələr liderlərdən arxada baş verir. Patreze pit-stop zamanı çoxlu vaxt itirir, üçüncülüyə yüksəlmiş Tambenin maşınında isə əyləclər sıradan çıxır.

Nelson Pike isə tarixin ilk Avropa Qran Pisində podiumun ən yüksək pilləsinə qalxır. Ardıcıl ikinci qələbəsi sayəsində braziliyalı dünya çempionu bu yarışda sonra çempionatda Alen Prosta cəmi iki xal uduzur. Çempionatın taleyi 3 həftədən sonra Cənubi Afrika Respubliksaının Kyalami trasında keçiriləcək son yarışda həll olacaqdı.

Tribunalarda isə azarkeşlərin sevincinin həddi-hüdudu yox idi. Onların sevimlisi Naycell yarışı 3-cü yerdə başa vurmuşdu. “Britaniyalı şir” təxəllüsünü daşıyan Naycel karyerasında 3-cü dəfə podiuma yüksəlsə də, ilk dəfə yarışda sürətli dövrəyə imza atmışdı.

P.S. Conatan Palmer karyerasında ilk dəfə sıralanma turunu keçərək öz doğma trasında yarışda start almışdı. Finişdə 13-cü olan Conatan bu il dünya çempionatında debüt edəcək Culian Palmerin atasıdır.

P.P.S. Yarışda 6-cı yeri tutan Bruno Cakomelli karyerasında son xalını qazanmışdı…

25.09.1983. John Player Grand Prix of Europe

Mövsümün 14-cü, tarixin 387-ci yarışı

Dövrənin uzunluğu – 4 206 m, dövrələrin sayı – 76, yarış məsafəsi – 319 664 m

Günəşli, isti, quru

Yer Start N Sürücü Komanda Dövrə Zaman/Fərq Xal
1 4 5 Nelson Pike Brabham-BMW 76 1:36:46.1 9
2 8 15 Alen Prost Renault 76 + 0:06.571 6
3 3 12 Флаг Великобритании Naycel Mənsell Lotus-Renault 76 + 0:30.315 4
4 14 22 Флаг Италии Andrea de Çezaris Alfa Romeo 76 + 0:34.396 3
5 11 35 Флаг Великобритании Derek Uorik Toleman-Hart 76 + 0:44.915 2
6 12 36 Флаг Италии Brunno Cakomelli Toleman-Hart 76 + 0:52.190 1
7 2 6 Флаг Италии Rikardo Patreze Brabham-BMW 76 + 1:12.684
8 9 9 Флаг Германии Manfred Vinkelhok ATS-BMW 75 + 1 dövrə
9 5 28 Флаг Франции Rene Arnu Ferrari 75 + 1 dövrə
10 7 16 Флаг США Eddi Çiver Renault 75 + 1 dövrə
11 18 30 Флаг Бельгии Tyeri Butsen Arrows-Ford 75 + 1 dövrə
12 21 33 Флаг Колумбии Roberto Qerrero Theodore-Ford 75 + 1 dövrə
13 25 42 Флаг Великобритании Conatan Palmer Williams-Ford 74 + 2 dövrə
14 19 40 Швеция Stefan Yuxansson Spirit-Honda 74 + 2 dövrə
15 23 26 Флаг Бразилии (1968-1992) Raul Boyzel Ligier-Ford 73 + 3 dövrə
6 27 Флаг Франции Patrik Tambe Ferrari 67 Trasdan çıxıb
26 3 Флаг Италии Mikele Alboreto Tyrrell-Ford 64 Mühərrik
24 32 Флаг Италии Pyerkarlo Qindzani Osella-Alfa Romeo 63 Drossel
17 29 Флаг Швейцарии Mark Zurer Arrows-Ford 50 Mühərrik
16 1 Флаг Финляндии Keke Rosberq Williams-Ford 43 Mühərrik
15 23 Флаг Германии Mauro Baldi Alfa Romeo 39 İlişmə muftası
10 7 Флаг Великобритании Con Uotson McLaren-TAG 36 Trasdan çıxıb
20 4 Флаг США Dənni Sallivan Tyrrell-Ford 27 Yağ sızıb
13 8 Флаг Австрии Niki Lauda McLaren-TAG 25 Mühərrik
1 11 Флаг Италии Elio de Ancelis Lotus-Renault 12 Yağ nasosu
22 25 Флаг Франции Jan-Pyer Jarye Ligier-Ford 0 İlişmə muftası
17 Флаг Великобритании Kenni Eykson RAM-Ford Sıralanma turunu keçməyib
31 Флаг Италии Korrado Fabi Osella-Alfa Romeo Sıralanma turunu keçməyib
2 Флаг Франции Jak Laffit Williams-Ford Sıralanma turunu keçməyib

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*