Avropa Qran Prisinin son qalibi ölkəmizdə keçiriləcək Avropa Qran Prisinin səfiri seçildi!

Fernando Alonso ölkəmizdə keçiriləcək ilk yarışın səfirlərindən biridir!

F-1.az xatırladır ki, Bakı Şəhər Halqası (Baku City Circuit) Əməliyyat Şirkəti Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi Avropa Qran Prisinin ilk rəsmi elçilərinin adlarını ictimaiyyətə açıqlamışdı.

Bu gün isə onlardan daha birinin adına aydınlıq gəlib. Bu, Formula1-in hazırki sürücüləri arasında ən təcrübəlilərindən olan, ikiqat dünya çempionu Fernando Alonsodur! Bu barədə  Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Shah Palace Hotel-də keçirilən Bakı Şəhər Halqası ilə Bakının üç seçilmiş oteli arasında baş tutacaq Əməkdaşlıq Memorandumunun imzalanma mərasimində açıqlayıb.

Fernando Alonso kimdir?

Həyatı

O, 29 iyul 1981-ci ildə İspaniyanın Ovyedo şəhərində Xose Luis Alonsonun ailəsində dünyaya gəlib. Özündə böyük Lorena adlı bir bacısı var. Atası həvəskar kartinqçi olub. Sürücülük karyerasına 3 yaşında kartinqlə başlayıb. 1994-cü ildən etibarən ardıcıl 3 dəfə İspaniya üzrə kartinq çempionu olub. 1996-cı ildə isə daha böyük uğura imza ataraq dünya kartinq çempionu olub.

Fernando Alonso eyni zamanda UNİCEF-in xoşməramlı səfiridir.

Formula1 karyerası

2001-ci ildə Minardi komandasında başlayan Alonso növbəti il fasilə verməli olub. Ondan sonra isə onun üçün uğurlu olan 4 illik Renault karyerası başlayıb. 2005-ci və 2006-cı illərdə dünya çempionu olan ispan sürücü növbəti il – 2007-ci ildə McLaren komandasına keçib. Sonra yenidən Renault-ya qayıdıb və 2 il komandanın tərkibində mübarizə apardıqdan sonra onun karyerasının Ferrari dövrü başlayıb. 2010-2014-cü illərdə qırmızılarla əlindən gələnin ən yaxşısını edib. 2010-cu və 2012-ci illərdə vitse-çempion olub. 2015-ci ildən etibarən McLaren Honda komandasının sürücüsüdür.

Formula1 karyerası boyu 253 yarışa çıxan Alonso 32 qələbə və 22 poul qazanıb,  21 yarışda isə ən sürətli dövrəyə imza atıb. Fernando 97 dəfə podiuma yüksəlib və Formula1 tarixi boyu ən çox podiuma yüksəlmiş 3-cü sürücüdür.

İspaniyalı sürücü martın 8-də Bakıya gələcək…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*