“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti dekabr ayının 19-da yarış biletlərinin onlayn satışına başlamaqla ilk dəfə baş tutacaq milli Qran Priyə gedən yolda daha bir mərhələyə yekun vuracaq. Qeyd edək ki, bilet satışının başlanması həmin ərəfədə şəhərdə keçiriləcək möhtəşəm “Son 6 ay” tədbirl ilə eyni günə təsadüf edəcək.
Formula1 təqviminə yeni əlavə olunmuş Bakı mərhələsinin biletlərini şirkətin saytı vasitəsilə çox əlamətdar bir gündə – Azərbaycanda ilk dəfə səhnə alan belə bir möhtəşəm yarışa düz son 6 ay qalanda əldə etmək mümkün olacaq.
“Son 6 ay” bayram tədbirləri şəhərin ecazkar Dənizkənarı Bulvar ərazisində canlı musiqi və atəşfəşanlıqla müşayiət olunan əyləncələrlə tam olacaq və gələn il iyun ayında Bakının ən tarixi hissəsindən keçəcək olan F1-in gəlişini ölkə sakinlərinə duyduracaq…
Arif Rəhimov: “Bilet satışının başlanğıcı hər bir böyükmiqyaslı idman tədbiri üçün vacib mərhələdir və biz də bu baxımdan istisna deyilik. Heç şübhəsiz ki, bilet satışlarının başlanğıcı və “Son 6 ay” bayramı Bakıda Formula1-in gəlişi yaxınlaşdıqca daha da artmaqda olan həyəcanı ən yüksək həddə çatdıracaq…”
Avropa Qran Prisi azarkeşlərə start-finish zolağına mükəmməl mənzərəyə açılan Abşeron tribunasına və eləcə də müxtəlif sərt döngələrin və sürət zolaqlarının yaxınlığında yerləşən digər tribunalara bilet üçün çoxsaylı seçim imkanı təqdim edir. Bundan əlavə, yarışa şəhər halqasının müxtəlif zona və podiumlarından baxmağa imkan verən ayaqüstü yerlərə biletlər də satışda olacaq. 17-19 iyun həftəsonu ərzində milyonlarla qlobal izləyici kütləsinin gözü önündə “Bakı Şəhər Halqası”nda F1 maşınları UNESCO Dünya İrsinə daxil edilmiş İçəri Şəhərdən keçməklə Bakının müasir göydələnlər və Xəzər sahili zolağında hərəkət edəcək.