Valensiyada avqustun sonunda baş tutacaq Avropa Qran Prisinin təşkilatçıları etiraf ediblər ki, yarışa bir ay qalmış cəmi 30 min bilet satılıb. Qran Prinin təşkilat işlərinə başçılıq edən Karlos Qarsiya bildirib ki, vəziyyət keçən ildə olduğundan pisdir…
Karlos Qarsiya: “Vəziyyət yaxşı deyil. Bizi biletlərin satışının dinamikası narahat edir: ümid edirik ki, yarışa qədər biletlərin heç olmasa 80%-ni sata bilərik, amma hələlik cəmi 30 min bilet satmışıq.
Yaddan çıxarmamalıyıq ki, biletlərin çoxu xaricdə satılır, həm də bəziləri son anda biletləri internetlə alırlar.”