Avropa Qran Prisi üçün xoş xəbər – gələn il Almaniya Qran Prisi keçirilməyəcək!

Yarışın keçirilib-keçirilməyəcəyi bilinmirdi və FİA-nın sentyabrda dərc etdiyi təqvimin ilkin versiyasındakı tarixi dəqiq təsdiq olunmamışdı.

F-1.az yarışın keçirilməməsi riski barədə əvvəl də məlumat vermişdi. Berni Ekklstoun Hokkenhaym rəhbərliyinin tələb olunan pulu vermək istəmədiyini, Nürburqrinqin maliyyə problemi olduğunu, onların digər Avropa yarışlarından daha az məbləğ ödəyərək yarış keçirmələrinin də ədalətsiz olduğunu bildirmişdi.

Əbu Dabidə 2017-ci ilin təqviminin yeni versiyası müzakirə olunub. Yeni təqvimin əvvəlki təqvimdən fərqi Almaniya Qran Prisinə yer verilməməsi olub – yarışın təşkilatçıları Berni Ekklstounla maliyyə məsələsində razılığa gələ bilməyiblər. Lakin belə görünür ki, Kanada və Braziliya yarışlarının taleyi hələ də sual altındadır.

Yeni təqvimdə Macarıstan Qran Prisi Almaniya Qran Prisi üçün təyin olunmuş günlərdə – 28-30 iyul tarixlərində keçiriləcəyi əks olunub. Digər bir fərq isə Sinqapur və Malayziya yarışları ilə bağlıdır – sentyabrda Sepanqdakı yarışın Sinqapurdakı yarışdan əvvəl keçiriləcəyi qeyd edilmişdisə də, bu dəfə onların yerləri dəyişdirilib. Cari mövsümdə olduğu kimi, Sinqapur yarışı əvvəl keçiriləcək.

Mövsümöncəsi testlərin tarixlərində isə dəyişiklik yoxdur. Əvvəl də bildirildiyi kimi, mövsümöncəsi ilk testlər 27 fevral – 2 mart aralığında, ikinci testlər isə 7-10 mart tarxilərində Barselonada keçiriləcək. Mövsümün gedişində daha dörd test günü olacaq, lakin harada keçiriləcəyi barədə hələ ki, bir razılıq əldə edilməyib.

Qeyd edək ki, Almaniya Qran Prisinin təqvimdən çıxması, Avropa Qran Prisi üçün yaxşı ola bilər. Beləki, Kanada Qran Prisindən sonra hər bir yarış bir həftə gec keçirilə bilər. Ona görə də Bakı Şəhər Halqasında növbəti yarışın daha rahat və Le Man yarışı ilə üst-üstə düşməməsi bu dəfə real görünür.

Yeni mövsümün təqviminin son versiyası dekabrın əvvəlində təsdiq olunacaq…

Tarix Qran Pri Şəhər, tras
24-26 mart Avstraliya Melburn, Albert Park
7-9 aprel Çin Şanxay
14-16 aprel Bəhreyn Saxir
28-30 aprel Rusiya Soçi
12-14 may İspaniya Barselona, Katalunya
25-28 may Monako Monte Karlo
9-11 iyun Kanada (*) Monreal, Jil Vilnöv adına tras
16-18 iyun Avropa Bakı, Bakı Şəhər Halqası
30 iyun-2 iyul Avstriya Şpilberq, Red Bull Rinq
7-9 iyul Böyük Britaniya Silverstoun
28-30 iyul Macarıstan Budapeşt, Hunqarorinq
25-27 avqust Belçika Spa
1-3 sentyabr İtaliya Montsa
15-17 sentyabr Sinqapur Sinqapur, Marina Bey
29 sentyabr-1 oktyabr Malayziya Kuala Lumpur, Sepanq
6-8 oktyabr Yaponiya Suzuka
20-22 oktyabr ABŞ Ostin
3-5 noyabr Meksika Mexiko, Rodriges qardaşları adına tras
10-12 noyabr Braziliya (*) San Paulu, İnterlaqos
24-26 noyabr Əbu Dabi Əbu Dabi, Yas Marina

* – hələ təsdiq olunmayıb

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*