Avropa Qran Prisi: Tras

Əsrin əvvəllərində Avropa Qran Prisi əsasən Nürburqrinqdə keçirilib, bu isə hər şeydən əvvəl Mixael Şumaherin məhşurluğunun və uğurlarının nəticəsi idi […]

Əsrin əvvəllərində Avropa Qran Prisi əsasən Nürburqrinqdə keçirilib, bu isə hər şeydən əvvəl Mixael Şumaherin məhşurluğunun və uğurlarının nəticəsi idi və alman torpağında ikinci yarış keçirməyə imkan verirdi, amma alman sürücüdən sonra Fernando Alonsonun populyarlığından istifadə edən İspaniya təqvimdə ikinci yarışı keçirmək hüququnu əldə edib. Artıq beş ildir bu Qran Pri Valensiyanın şəhər küşələrində keçirilir.

Valensiya trasında keçiriləcək yarış 22-ci Avropa Qran Prisidir, tras özü isə bu Qran Prini qəbul edən beşinci trasdır – Brənds Hətç, Doninqton, Xeres və Nürburqrinqdən sonra. Valensiyada artıq bir avtodrom var idi – Rikardo Tormo adına bu trasda adətən komandalar testlərə toplaşırlar. 2006-cı ilin aprelində yeni yarış keçirməkdən ötrü trasın yenidənqurulmasını müzakirə etmək üçün Berni Ekklstoun yerli hökumət nümayəndələri ilə görüşüb və elə o zaman köhnə trasın təhlükəsizliyini artırmaq və yarışlar üçün isə liman yaxınlığında yeni tras qurmağı qərara alıblar – “sürətli Monako”.

avr2

Tarix: 22-24 iyun 2012-ci il
Tras: Valensiya
Dövrənin uzunluğu: 5419 m
Dövrələrin sayı: 57
Ümumi məsafə: 308.883 km

Trasın layihəsini yarış traslarının arxitektoru Herman Tilke hazırlayıb, bir neçə ay məsləhətləşmələrdən sonra 2007-ci ilin mayında xüsusi mətbuat konfransında 2008-ci ildə ilk yarışın keçirilməsi barədə müqavilənin bağlanması elan olunub. Tras 2008-ci ilin yayında tam hazır olub və FİA-dan lisenziya almamışdan əvvəl sürücülər İspaniyanın F3 və OpenGT seriyalarında trası yoxlayıblar və iyulun sonunda trasda Formula1 mərhələsini keçirmək hüququ verən lisenziya alınıb.

Rəsmən avtodrom müvəqqəti sayılır, amma komandalar trasın Monakodan fərqli olmasını söyləyiblər – ispan trası çox genişdir, sürətlidir və təhlükəsizdir – bu xüsusiyyətlər stasionar traslara xasdır. İlk yarış ötməsiz və darıxdırıcı alınıb, amma Tilke hamını əmin edib, bu birinci yarışdır, gələn dəfə belə olmayacaq. Lakin elə sonrakı yarışlarda da sürücülər mövqelərini yalnız pit-stoplarda yaxşılaşdıra biliblər.

avr3
Trasda 25 döngə var – 14 sağ və 11 sol, geniş 12 və 17-ci döngələrin girişində ötmək mümkündür. Bu vaxtlar Valensiyada isti olur, günorta temperatur +30 dərəcəyə kimi qalxır, amma komandaların işini dənizdən əsən külək çətinləşdirə bilər. Startdan sonra geniş birinci döngədə problem olmamalıdır, amma sonrakı iki döngədə problemlər yaşana bilər. Komandalara “orta” təkər cütlüyü təqdim olunacaq – Soft və Medium, strategiya təkərin yeyilmə dərəcəsindən asılı olacaq, amma bu zaman Təhlükəsizlik Maşınının da yarışın taleyinə qarışmasını nəzərə almaq lazım gələcək. Tras əyləclərə də çox tələbkardır.

Trasda keçirilmiş ilk yarışlarda iki braziliyalı sürücü – Felipe Massa və Rubens Barrikello qalıb gəliblər, son iki ildə isə Sebastyan Fettel hamıdan sürətli olmuşdu, baxaq görək, Valensiya trasının bu dəfə qalibi kim olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Avropa Qran Prisi: Tras

Son illər Avropa Qran Prisi əsasən Nürburqrinqdə keçirilib, bu isə hər şeydən əvvəl Mixael Şumaherin məhşurluğunun və uğurlarının nəticəsi idi […]

Son illər Avropa Qran Prisi əsasən Nürburqrinqdə keçirilib, bu isə hər şeydən əvvəl Mixael Şumaherin məhşurluğunun və uğurlarının nəticəsi idi və alman torpağında ikinci yarış keçirməyə imkan verirdi, amma alman sürücüdən sonra Fernando Alonsonun populyarlığından istifadə edən İspaniya təqvimdə ikinci yarışı keçirmək hüququnu əldə edib. Artıq dörd ildir bu Qran Pri Valensiyanın şəhər küşələrində keçirilir.

Valensiya trasında keçiriləcək yarış 21-ci Avropa Qran Prisidir, tras özü isə bu Qran Prini qəbul edən beşinci trasdır – Brənds Hətç, Doninqton, Xeres və Nürburqrinqdən sonra. Valensiyada artıq bir avtodrom var idi – Rikardo Tormo adına bu trasda adətən komandalar testlərə toplaşırlar. 2006-cı ilin aprelində yeni yarış keçirməkdən ötrü trasın yenidənqurulmasını müzakirə etmək üçün Berni Ekklstoun yerli hökumət nümayəndələri ilə görüşüb və elə o zaman köhnə trasın təhlükəsizliyini artırmaq və yarışlar üçün isə liman yaxınlığında yeni tras qurmağı qərara alıblar – “sürətli Monako”.

avr2

Tarix: 24-26 iyun 2011-ci il
Tras: Valensiya
Dövrənin uzunluğu: 5419 m
Dövrələrin sayı: 57
Ümumi məsafə: 308.883 km

Trasın layihəsini yarış traslarının arxitektoru German Tilke hazırlayıb, bir neçə ay məsləhətləşmələrdən sonra 2007-ci ilin mayında xüsusi mətbuat konfransında 2008-ci ildə ilk yarışın keçirilməsi barədə müqavilənin bağlanması elan olunub. Tras 2008-ci ilin yayında tam hazır olub və FİA-dan lisenziya almamışdan əvvəl sürücülər İspaniyanın F3 və OpenGT seriyalarında trası yoxlayıblar və iyulun sonunda trasda Formula1 mərhələsini keçirmək hüququ verən lisenziya alınıb.

Rəsmən avtodrom müvəqqəti sayılır, amma komandalar trasın Monakodan fərqli olmasını söyləyiblər – ispan trası çox genişdir, sürətlidir və təhlükəsizdir – bu xüsusiyyətlər stasionar traslara xasdır. İlk yarış ötməsiz və darıxdırıcı alınıb, amma Tilke hamını əmin edib, bu birinci yarışdır, gələn dəfə belə olmayacaq.

avr3
Trasda 25 döngə var – 14 sağ və 11 sol, geniş 12 və 17-ci döngələrin girişində ötmək mümkündür. Bu vaxtlar Valensiyada isti olur, günorta temperatur +30 dərəcəyə kimi qalxır, amma komandaların işini dənizdən əsən külək çətinləşdirə bilər. Startdan sonra geniş birinci döngədə problem olmamalıdır, amma sonrakı iki döngədə problemlər yaşana bilər. Komandalara “orta” təkər cütlüyü təqdim olunacaq – Soft və Medium, strategiya təkərin yeyilmə dərəcəsindən asılı olacaq, amma bu zaman Təhlükəsizlik Maşınının da yarışın taleyinə qarışmasını nəzərə almaq lazım gələcək. Tras əyləclərə də çox tələbkardır.

Trasda keçirilmiş ilk yarışlarda iki braziliyalı sürücü – Felipe Massa və Rubens Barrikello qalıb gəliblər, keçən il isə Sebastyan Fettel hamıdan sürətli olmuşdu, baxaq görək, Valensiya trasının bu dəfə qalibi kim olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*