Pirelli şirkəti Valensiyaya Medium və Soft tərkiblərini gətirəcək – bu il eyni cütlükdən artıq Melburn, Çin və Bəhreyndə istifadə olunub. Uik-end başlamamış şirkət ümd edir ki, yarışda 2 və ya 3 pit-stop ediləcək, amma başqa variantları da istisna etmir…
Pol Hembri, Pirelli Motorsport: “Valensiya trası arxada qalmış çəhər avtodromlarından fərqlənir – trasın konfiqurasiyası daha sürətlidir və hava da daha sürətlidir, bunlar isə təkərə yüklənməni artırır. Bu faktorları və ötmələrdə çətinlikləri nəzərə alsaq, qarşıdakı uik-end çox şey sıralanma turundan asılı olacaq. Biz 2 və ya 3 pit-stoplu sadə yarış gözləyirik, hərçənd keçən il komandalardan biri yarışı bir pit-stopla keçirməyə cəhd etmişdi.
Hava proqnozu çox isti hava vəd edir, temperatur stabil olacaq, ona görə də biz ciddi sürpriz gözləmirik. Bu il biz Medium və Soft cütlüyündən daha çox itsifadə etmişik – bu cütlük effektivlik və uzun məsafə arasında yaxşı kompromis təmin etməklə, sürücülərə maşının maksimum potensialından istifadə etməyə imkan verir.”