Avropa Qran Prisi ilə bağlı yazı müsabiqəsinə yekun vurulub

Media nümayəndələri arasında keçirilən "Avropa Qran Prisi jurnalistlərin gözü ilə" mövzusunda yazı müsabiqəsinə yekun vurulub.

F-1.az xəbər verir ki, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin Azərbaycanda Formula1 jurnalistikasının inkişafına dəstək məqsədilə keçirdiyi müsabiqənin mükafatlandırma mərasimi BŞH-nin ofisində təşkil olunub.

Mərasimdə çıxış edən BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Avropa Qran Prisinin daha geniş ictimaiyyətə tanıdılmasındakı xidmətlərinə görə jurnalistlərə minnətdarlığını bildirib. O, bu mötəbər yarışa daha geniş azarkeş kütləsinin cəlb edilməsi baxımından KİV təmsilçilərinin rolunu yüksək qiymətləndirib.

Avropa Qran Prisinin rəsmi elçisi, Formula1 üzrə idman şərhçisi Rəhim Əliyev jurnalistlərin müsabiqəyə təqdim etdikləri yazıların yüksək peşəkarlıqla hazırlandığını vurğulayıb, qalibləri təbrik edib. Qeyd olunub ki, münsiflər heyəti müsabiqəyə təqdim edilən məqalələri kreativlik, uyğunluq və aktuallıq kimi meyarlar əsasında qiymətləndirib.

Sonra qaliblər mükafatlandırılıblar. Saytımızın əməkdaşları Elçin Zodorov, Rauf Hacıyev və Ruslan Musayev də müsabiqəyə göndərdikləri yazılarına görə mükafat qazanıblar…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*